Baş Prokurorluqdan mədəndə baş vermiş faciə ilə bağlı açıqlama

img

19-06-2014 [13:04]



Baş Prokurorluq H.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Qala qəsəbəsində yerləşən 5-ci mədən sahəsində baş verən faciə ilə bağlı məlumat yayıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 18-də saat 12 radələrində qazla qaynaq işləri aparılarkən baş vermiş partlayış nəticəsində elektrik-qaz qaynaqçıları Zakir Əliyev və Dmitriy Baranovun aldıqları xəsarətlərdən ölmələri barədə daxil olmuş məlumat əsasında araşdırmalar aparılıb.

Xəzər rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib. Aparılan digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA