Azərbaycanlı qatil Türkiyədə həbs edildi

img

19-06-2014 [12:49]


Türkiyənin Edirnə şəhərində polis məmurunu güllələyərək qətlə yetirən azərbaycanlı Mahir Şükürov həbs edilib.
Edirnə və İsanbul şəhər polisləri birgə əməliyyat keçiriblər. 

Əməliyyat zamanı həbs edilən Mahir Şükürovun barəsində məhkəmə həbs qəti-imkan təbirinin seçilməsi barəsində qərar qəbul edib.
Qeyd edək ki, hadisə bir neçə gün öncə Edirnədə baş vermişdi. Rus və azərbaycanlı qrup arasında baş verən silahlı insidentdə bir polis şəhid olmuşdu.
Polis mafiya qarşıdurmasına qarışanların keçmiş polis Tufan Alpay (47), hadisədən sonra vəzifəsindən uzaqlaşdırlan Mustafa Türk (43), iki ayağından yaralanan Şaban Erdoğan (44), Faruk Barabakan (29), Yılmaz Bilmen (55), azərbaycanlılar - Ceyhun Əsgərov (39), Rövşən Əliyev (45), Elşən Babayev (31), Əli Müseyib Heydərov (33), Namiq Umudov (27), Miryazif Fəxrəddin (38), Qara Əliyev (30), Mehman Rahimov (41), ukraynalı Luka Asanedze (30), rusiyalı Nikolay Debjadze (32) saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA