“Əminəm ki, strateji münasibətlərimiz yalnız möhkəmlənəcək” - Zelenski İlham Əliyevə məktub göndərdi

img

08-02-2024 [12:47]


Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, Ukrayna prezidenti özünün “X” hesabında İlham Əliyevə xalqın rifahı naminə gələcək uğurlu və səmərəli fəaliyyət arzulayıb:

“İlham Əliyevi yeni müddətə Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Sizə Azərbaycan xalqının rifahı naminə gələcəkdə uğurlu və səmərəli fəaliyyət arzulayıram. Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı qaydada dəstəyəklənməsini yüksək qiymətləndirirəm.

Ölkəmizin azadlıq mübarizəsi apardığı tarixi bir dövrdə humanitar və digər yardımlara görə Azərbaycana minnətdarıq.

Prezident Əliyevlə şəxsi konstruktiv və etimadlı münasibətləri, razılaşmaların yerinə yetirilməsini və komandalarımız arasında səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirəm.

Əminəm ki, Ukrayna və Azərbaycan arasında strateji münasibətlər yalnız möhkəmlənəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA