ABŞ-da içində dəniz piyadalarının olduğu helikopter yoxa çıxıb

img

08-02-2024 [00:52]


ABŞ-ın Kaliforniya əyalətində göyərtəsində 5 dəniz piyadasının olduğu hərbi helikopter "itkin düşüb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri açıqlama verib.

Bildirilib ki, "CH-53E Super Stallion" tipli helikopter Las-Veqas yaxınlığındakı "Creech Hava Qüvvələri bazası"ndan havaya qalxıb. Lakin dünən gecə gəlməsi lazım olan Miramar Dəniz Piyadaları Hava Stansiyasına çatmayıb.

Məlumata görə, helikopter sonuncu dəfə San Dieqo şəhər mərkəzindən təxminən 56 kilometr şərqdə yerləşən dağlıq bölgə olan Pine Valleydə görünüb: "Hazırda bölgədə mövcud olan sərt hava şəraiti üzündən əməliyyat-axtarış tədbirlərini həyata keçirmək mümkün deyil...".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA