"Exit-poll": İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb

img

07-02-2024 [19:15]


ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı exit-pollun nəticələrini elan edib.

Mia.az xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA