PREZİDENT SEÇKİLƏRİ: səsvermə başa çatıb, səslər sayılır (YENİLƏNİB)
07-02-2024 [19:09]
Bu gün, fevralın 7-də Azərbaycanda ilk dəfə Xankəndi daxil bütün ölkəni əhatə edəcək növbədənkənar prezident seçkiləri keçirilib.
Mia.az xəbər verir ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Səsvermə bu gün saat 08.00-da başlayacaq və 19.00-dək davam edəcək.
Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində, yəni fevralın 17-dək prezident seçkilərinə yekun vurulmasını və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim olunmasını təmin etməlidir.
***
Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
Mia.az xəbər verir ki, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər.
Ölkədə 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.
Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib.
Azərbaycan hüdudlarından kənarda 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Ümumilikdə ölkə hüdudlarından kənarda təxminən 22 mindən artıq seçicimiz öz səsvermə hüquqlarından istifadə edə biləcək.
2 mindən çox seçki məntəqəsində hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılıb. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir seçki məntəqəsində Brayl əlifbası ilə tərtib olunan trafaretlərlə təmin olunub.
Bu gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
Seçkilərdə 790 beynəlxalq müşahidəçi 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir. Həmçinin, 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi iştirak edir. Veb-kameralar bu gün saat 07:30-da işə salınıb və seçki məntəqəsində bütün proseslər bitənə qədər onlayn şəkildə fəaliyyət göstərəcək.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək.
***
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, saat 12:00-a qədər respublika üzrə 2 milyon 499 min 33 nəfər səs verib. Seçici fəallığı 38,57 faiz olub.
Hesabat vermiş məntəqələrin sayı 6 min 499-dür.
***
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.
Bildirib ki, saat 15:00-a qədər respublika üzrə 3922187 nəfər səs verib. Seçici fəallığı 60,54 faiz olub.
***
Prezidenti seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, saat 17:00-a qədər respublika üzrə 4590075 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub.
Hesabat vermiş məntəqələrin sayı 6521-dir.
***
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.
Mia.az xəbər verir ki, səhər saat 08.00-da açılan bütün seçki məntəqələri bağlanıb.
Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) saat 17:00-a olan məlumatına görə, respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub.
MSK sədri Məzahir Pənahov bildirib ki, saat 21:00-da ilkin nəticələrin elan edilməsi nəzərdə tutulur.
***
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bülletenlərin sayılmasına başlanılıb.
Mia.az xəbər verir ki, bülletenlər müşahidəçilərin iştirakı ilə sayılır.
Xatırladaq ki, Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
MİA.AZ
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Səməd Seyidovun adından saxta xəbər yayıldı - Xəbərdarlıq
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir