Əli Əsədov daha bir qərar imzalayıb

img

06-02-2024 [11:10]


Nazirlər Kabineti “Dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərara əsasən, Qaydalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun hazırlanıb, dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir., Qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş “Publik hüquqi şəxslər haqqında” qanuna əsasən dövlət qulluqçularına bərabər tutulan əməkdaşları istisna olmaqla, publik hüquqi şəxslərin, habelə dövlət orqanı olmayan digər qurumların yoxlayıcılarının fəaliyyətinə şamil edilir, Qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanlarının yoxlayıcılarının fəaliyyətinə şamil edilmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA