Çilidə qəsdən törədilən güclü yanğın davam edir - Ölənlərin sayı 122 nəfər çatıb

img

06-02-2024 [09:26]


Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgələrini əhatə edən meşə yanğınlarında həyatını itirənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat paylaşıb.

Məlumata görə, Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlar ölün hallarının artmasına səbəb olub: "Hazırda yanaraq ölən 32 nəfərin də şəxsiyyəti müəyyən olunub. Bununla da ölənlərin sayı 122-yə yüksəlib, itkin düşənlərin axtarışları isə davam edir".

Bildirilib ki, yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.

Daxili İşlər Nazirliyindən veirlən məlumaat görə isə, yanğınsöndürənlər 40-a yaxın yanğını nəzarətə götürüb: "29 meşə yanğını ilə mübarizi hazırda  davam etdirilir".

Nazirlik bəzi yanğınların qəsdən törədildiyini də bəyan edib.

Çili prezidenti Qabriel Boric fövqəladə vəziyyət elan edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA