RƏİSLƏR GENERAL VƏ SABİQ RƏİSLƏRİN MƏHKƏMƏSİNDƏ: "Həmin puldan 60 faizini təftişə gələnlərə qaytarmışam” - Sensasiyalı məhkəmə işi
02-02-2024 [17:53]
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə N saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Faiq Zeynalov ifadə verib.
Şahid deyib ki, hazırda hərbi hissələrin birində maliyyə xidmətinin rəisi vəzifəsində çalışır: “2018-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda 3 hərbi hissədə maliyyə xidmətinin rəisi olmuşam. İşlədiyim hər üç hərbi hissədə də maliyyə yoxlamaları aparılıb. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən hərbi hissənin şəxsi heyətinə sərf olunması üçün olan vəsaitdən əlavə vəsaitlər istəmişəm. Bu vəsait hesabıma köçürülüb. Amma baş idarədə bundan xəbərləri olmayıb. Daha sonra təftiş zamanı bu pullar ortaya çıxıb. Həmin puldan 60 faizini təftişə gələnlərə qaytarmışam”.
Faiq Zeynalov bildirib ki, onun tərəfindən ümumilikdə 3 hərbi hissədə maliyyə yoxlaması zamanı 629 min manat ziyan müəyyən olunub, lakin həmin məbləğlə razı olmayıb. Onun sözlərinə görə, sənədlər məhv edildiyi üçün bu məbləğin azaldılması mümkün olmayıb: “Özüm ilk hərbi hissədən sənədlərin bir hissəni taparaq maliyyəçilərə təqdim etdim. Onlar da araşdırandan sonra məbləğin həmin hissəyə aid olan şişirdilmiş vəsaitləri sildilər”.
Daha sonra şahid Faiq Zeynalov ifadəsinin davamında göstərib ki, ikinci xidmət etdiyi hərbi hissədə ziyan 429 min manat yazılıb: “Bu məbləğlə bağlı sənədləri taparaq yoxlamanı aparanlara verdim. 60 min manatını sübut edə bildim ki, hərbi hissənin xərcləri olub. Araşdırılandan sonra 60 min manat qeyd olunan vəsaitdən çıxarıldı. Yerdə qalan pulu isə mənimsəməyimlə bağlı yazıldı. Həmin vaxtı mənin işimə təftişə Bayram Bayramov gəlmişdi. Bayram müəllim 2020-ci ilin dekabrında yoxlamada oldu. Həmin vaxt Vətən müharibəsindən yeni çıxmışdıq. Bayram müəllim fəaliyyətimi dərindən yoxlamadı. Ümumilikdə 200 min manat ziyan müəyyən edildi. Onda Bayram müəllimlə yoxlamaya gələnlərə 80 min manat verdik. Bayram müəllim isə özünə çatan pulu götürmədi”.
Faiq Zeynalovun sözlərinə görə, 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov, Hüseyn Paşayev və İsrafil Rəsulzadə hərbi hissəyə təftişə gəliblər: “Onlar apardıqları təftişdə yeyintini çox çıxarmışdılar. Rafael Xələfov məni Nizami müəllimlə hədələdi. Mənə dedi ki, külli miqdarda yeyintiyə yol vermisən, yeyinti çoxdur, terrorçususan. Həmin təftişlərin sonunda külli miqdarda yeyintinin olmasını müəyyən etdilər. Mən 194 min manatlıq vəsaitin xərclənməsi barədə sənəd təqdim etsəm də, bunu nəzərə almadılar. Rafael Xələfov məndən 170 min manat istədi. Sonradan restoranda Rafael Xələfov, Bayram Bayramovla birlikdə görüşdük. Orada içində 100 min mant olan çantanı Bayram müəllimin yanında stolun üstünə qoydum. Daha sonra Bayram müəllim vasitəsi ilə 60 min manat vermişəm”.
Şahid deyib ki, sonuncu hərbi hissədə aparılan yoxlama zamanı 6 min 300 manat ziyan müəyyən edilib. Onun sözlərinə görə, ümumilikdə ittihamda göstərilən vəsaitin 130-135 min manatı onun tərəfindən mənimsənilib. O bildirib ki, dövlətə tərəfindən vurulmuş ziyanın ödənilməsinə çalışır və yaxın müddətdə bir hissəsini ödəyəcək.
Daha sonra prosesdə iki şahid ifadə verib.
Məhkəmənin bu hissəsi qapalı keçirilib.
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Səməd Seyidovun adından saxta xəbər yayıldı - Xəbərdarlıq
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir