Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib

img

01-02-2024 [16:32]


Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Fəxri xiyabanı ziyarət edib.

Mia.az xəbər verir ki, nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Parlamentarilər, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA