“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olub

img

01-02-2024 [12:28]


Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

MİA.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı sadələşdirilmiş qaydada müəyyənləşdiriləcək.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi dəyişiklik layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Prezidentlə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı digər orqan (orqanlar) tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı ilə müqayisədə dəfələrlə azdır. Bu səbəbdən həmin sayın daha sadələşdirilmiş qaydada müəyyən edilməsi qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən məqsədəmüvafiq hesab edilib.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA