Professor süni mayalanma adı ilə 58 qadını "yol"dan çıxardı

img

18-06-2014 [13:25]


Londonun Blekfrayers rayonunda 51 yaşlı tibb alimi Gennadi Rayviç məhkəmə qarşısına çıxarılıb.

 

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, alim pasiyentlərinə qarşı seksual cinayətlər törətməkdə ittiham olunur. 

 

The Daily Mail qəzetinin yazdığına görə, Gennadi Rayviç süni mayalanma üçün ona müraciət edən qadınları cinsi əlaqəyə təhrik edib.

 

Rus adı daşıyan və Londonun Universitet Kollecində perinatal neyrobioloq kimi çalışan professor üç pasiyentini zorlamaqda təqsirli bilinir. Müttəhim etiraf edib ki, 58 müştərisini mayalandırıb və onların uşaqlarının atası olub.

 

Müstəntiqlərin versiyasına görə, Londonun qədim Xolborn küçəsində yaşayan professor bütün Böyük Britaniyanı gəzərək, qadınlara evdə süni mayalanma xidməti göstərib. Hiyləgər həkim müştərilərin etimadından sui-istifadə edib. Məsələn, o, pasiyentlərindən birini 2012-ci ildə cinsi əlaqəyə meylləndirib. Bundan sonra qadın 10 dəfə həkimin yanına gedib və onun istəklərini həyata keçirib.

 

Professor digər pasiyentini sperma nümunəsi almağın vacibliyinə inandıraraq oral seksə vadar edib. O, bu təklifini "süni mayalanma+" adlandırıb. Həkim istəyini yerinə yetirməyəcəyi təqdirdə qadını mayalandırmayacağı ilə şantaj edib.

 

Bundan başqa, Gennadi Rayviç qadınların cinsi orqanlarına toxunaraq onları orqazma çatdırmağa çalışıb. Bu zaman o, deyib ki, cinsi həzz mayalanmaya kömək edəcək.

 

Rayviç nə dərəcədə fertil olduğunu yoxlamaq adı ilə başqa bir pasiyentinin döşlərinə toxunub.

 

Gennadi öz cinayətlərindən birini 31 yanvar 2013-cü ildə törədib.

 

O, öz çantasında rezin əlcəklər, pipet, ginekoloji güzgü ilə yanaşı pornoqrafiyaya baxmaq üçün DVD-pleyer də gəzdirib.

 

Prokuror Tom Uilkinsin sözlərinə görə, Rayviç internetdə elan verib və bundan sonra ona yüzlərlə qadın müraciət edib. Hamilə qalmaq və uşaq sahibi olmaq istəyən qadınlara Günnadi "özünənəxsus" mayalanma təklif edib.

 

Məhkəmədə aydın olub ki, Gennadi Rayviç Almaniyada həkim işlyib, Britaniya adalarında isə qeyri-leqal şəkildə və lisenziyasız fəlaiyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA