BMT rəsmisi: "Maliyyəni kəsən ölkələr qərarlarına yenidən baxmalı və ləğv etməlidir"

img

01-02-2024 [00:16]


"UNRWA-ya maliyyənin kəsilməsi ilə bağlı qərarlar ləğv edilməlidir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits qurumun Təhlükəsizlik Şurasının Fələstinlə bağlı sessiyasında çıxış edərkən deyib.

O qeyd edib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) bir neçə əməkdaşına qarşı irəli sürülən ittihamlar bütün agentliyin işinə xələl gətirməməlidir: "Bu səbəbdən, UNRWA-ya maliyyə dəstəyi dayanmamalıdır. Əksinə, mövcud ağır vəziyyəti nəzaərə alaraq daha da artırılmalıdır. Çünki hazırda bölgədə 2.5 milyondaa yaxın insana ən səmərəli dəstək sağlayan məhz bu təşkilatdır...".

Humanitar yardım təşkilatlarının Qəzza xalqına əllərinin çatmadığını vurğulayan BMT rəsmisi bildirib ki, İsrail inadından əl çəkməlidir...

Xatırladaq ki, BMT-yə üzv dövlətlərin könüllü yardımları ilə maliyyələşən UNRWA 1950-ci ildə fəaliyyətə başlayıb. Həmin ildən təşkilat fələstinli qaçqınlara qida, tibb, təhsil və sığınacaq kimi humanitar yardımlar göstərir.

Lakin ötən həftə İsrail təşkilat işçilərindən bəzilərinin HƏMAS-a döyüşdə yardım etdiyini iddia etməsindən sonra bir çox ölkələr - Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, İslandiya, Avstraliya, İngiltərə, Hollandiya, ABŞ, Fransa, Avstriya, Yaponiya və Estoniya UNRWA-ya maliyyə dəstəyini  dayandırıblar.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA