Bakıda sensasiyalı olay: jurnalist xanım rəfiqəsini maşınla vurub öldürüb – Sevinc və Denis kimdir? (VİDEO)
31-01-2024 [13:53]
İnternet televiziyalarından birinin əməkdaşı Sevinc İbrahimovanın törətdiyi qəzaya görə qazi aylarla işsiz qalıb. Vətən Müharibəsi iştirakçısı Məhəmməd Nəsirov məsələ ilə bağlı Avtosfer.az-a müraciət edib.
Mia.az-ın məlumatına görə, o, iddia edir ki, ötən il oktyabrın 24-də özünü vəzifəli şəxs kimi təqdim edən Denis adlı oğlan, Qazaxıstan vətəndaşı, telejurnalist Sevinc İbrahimova və yaxın dostları Aydın Nəsirov küçəsində yerləşən “Manqal” restoranında yeyib-içiblər: “Sonra saat 23 radələrində Sevincin xanımın rəfiqəsi Şepel Viktoriya mənə məxsus "Kiosk N-9" ASC-ya yaxınlaşıb. Bu zaman Sevinc İbrahimova Denisin "Bentley Bentayga” markalı, MO11YX777 qeydiyyat nişanlı avtomobilinə əyləşərək onun üzərinə sürüb. Nəticədə Şepel Viktoriya Volodimirvnaya aldığı xəsarətdən ölüb, mənim isə köşkümə ciddi ziyan dəyib. Qəza zamanı köşkdə çalışan iki işçim – Nəsirov Nihat və Nəsirli Nicat xəsarət alıb və onları xəstəxanaya aparmışam”.
Məhəmməd Nəsirov bildirib ki, hadisə yerinə gəldikdə tanışlarının dağılmış məhsulların az bir qismini (təxminən 2 min manat dəyərində) topladıqlarını görüb: “Qəza nəticəsində mənə 13 min manata yaxın ziyan dəyib. Dəymiş ziyan heç bir şəkildə ödənilmir. Hadisədən sonra Denis mənə yaxınlaşıb bildirib ki, o vəzifəli şəxsdir. Sevinc İbrahimovanın vəkili Pərvin Məmmədov isə ziyanın qarşılığında sadəcə 3 min manat ödənilə biləcəyini təklif edir. Bu isə məni qane etmir. Oktyabrın 25-də faktla bağlı Səbail Rayonu Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb”.
Qazi vurğulayıb ki, dəymiş ziyanla yanaşı hadisədən indiyə kimi işsiz qalıb. Bu da onun üçün maddi problem yaradır: “Çünki köşk dağıldı, hələ də bərpa etməyiblər. Mən ən azı ayda 1000 manat qazanırdım. İşçilərim də maaş alırdı. Hazırda bu gəlirdən məhrum olmuşuq. Hadisəni törədən Sevinc xanımla görüşə bilmirəm. Denis adlı şəxs də ortaya çıxmır. İşçilərimə dəyən ziyana görə pul ödədilər. Qəza zamanı başqa maşını vurub əzmişdi. Onun da pulunu ödədilər. Ancaq mənə dəyən ziyanı ödəmirlər. İşlətdiyim köşkün sahibi şəhid xanımıdır. O da neçə aydır gəlirdən məhrum olub”.
Qarşı tərəf olan Sevinc İbrahimovanın vəkili Pərvin Məmmədov isə bu barədə Avtosfer.az-a bildirib ki, humanist yanaşaraq vətəndaşa 3 min manat pul təklif olunub: “Qeyd edilən məsələdə dəymiş ziyan müqabilində maksimum 5 min manat pul ödənilə bilər. Qarşı tərəf tələb etdiyi məbləği almaq üçün ona dəymiş ziyanı sənədlərlə sübut etməlidir. Bu halda sübut olunan məbləği ödəməyə hazırıq”.
Qeyd edək ki, Sevinc İbrahimova həbs edilməyib. İdarə etdiyi maşınla rəfiqəsini öldürən həmin şəxs yerli telekanallardan birində çalışırdı. Lakin hadisədən sonra onu məzuniyyətə göndərib işdən azad ediblər.
Fərid
Müğənni: "Qadın gecə saat 3-də durub evə gəlsin?" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub