19 yaşlı əsgər xəstəlikdən vəfat etdi

img

18-06-2014 [12:14]


Azərbaycan Ordusu daha bir əsgərini itirib. "MİA" APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissədə qeydə alınıb.

Əsgər, 1995-ci il təvəllüdlü Ceyhun Ramiz oğlu Cahangirov xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqləyiblər.

Qeyd edək ki, C. Cahangirov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA