Rəsmi London: "Fələstin dövlətini tanımaq barədə düşünürük"

img

30-01-2024 [15:40]


"Biz Fələstin dövlətini tanımaq barədə düşünürük".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

O, bəyan edib ki, Yaxın Şərqdə sülhü təşviq etmək üçün fələstinlilərə siyasi üfüq verilməlidir: "Bu baxımdan Britaniya Fələstin dövlətini tanımaq məsələsini nəzərdən keçirir. Hesab edirəm, Fələstin xalqına iki dövlətli həll yoluna doğru irəlilədiyini göstərmək lazımdır. Əgər bu baş verərsə, müttəfiqlərimizlə birlikdə Fələstin dövlətinin tanınmasına baxacağıq".

Xarici işlər naziri həmçinin İsraili Qəzzaya daha çox humanitar yardımın göndərilməsinə icazə verməyə çağırıb

Kemeron deyib ki, son 30 il İsrail üçün uğursuzluq hekayəsi olub, çünki İsrail öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA