Axtarışda olan iki nəfər tutuldu

img

18-06-2014 [12:05]


Bakıda dələduzluğa və qəsdən sağlamlığa yüngül zərər vurmaya görə axtarışda olan iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1970-ci il təvəllüdlü İstambul Əmirov tutulub.

Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Coşqun Rəfiyev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA