Bu gün Laçın şəhərinə növbəti köç olub - FOTOLAR (YENİLƏNİB)

img

30-01-2024 [16:52]


Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınan 23 ailə (72 nəfər) Laçın şəhərinə çatıb.

Mia.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

***

Bu gün Laçın şəhərinə növbəti köç olub.

Mia.az xəbər verir ki, bu dəfə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülüb.

Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 431 ailə (1627 nəfər) köçürülüb.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA