BMT baş katibi "UNRWA"nın əsas donorları ilə görüşəcək - Açıqlama

img

30-01-2024 [00:10]


Bu gün BMT Baş katibi Antonio Quterres BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinə (UNRWA) əsas maliyyə ayıran üzv ölkələrin nümayəndələri ilə görüşəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Düjarrik bildirib ki, BMT Baş katibinin göstərişi ilə təşkilat üzvləri barədə ətraflı araşdırma aparılır: "Araşdırma bitdikdən sonra bu barədə açıqlama veriləcək"

Sözçü qeyd edib ki, BMT-nin işi təkcə Qəzzada deyil, bütün regionda kritik humanitar işini dəstəkləməkdir: "İnsanların həyatı bundan, yəni yardımlardan asılıdır. O səbəbdən təşkilata yardımı dayandıran ölkələrin nümayəndələri ilə görüşəcək".

Xatırladaq ki, Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, Avstraliya, İngiltərə, Hollandiya, ABŞ, Fransa, Avstriya, Yaponiya və Estoniya "UNRWA"ya maliyyə dəstəyini müvəqqəti olaraq dayandırıblar. Norveç, İrlandiya və İspaniya isə İsrailin iddialarına rəğmən, "UNRWA"-ya dəstəyini davam etdirəcəklərini açıqlayıblar.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA