Rəsmi Bakıdan Paşinyanın "hücum etməmək paktı" mesajına cavab gecikmədi: "Bu, ikitərəfli sülh sazişi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır"
29-01-2024 [21:16]
"Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş nazirinin Ordu Günündə səsləndirdiyi fikirlərə cavabında deyib.
XİN sözçüsünün sözlərinə görə, Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb:
"Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir. Ermənistanın 30 il ərzində məhz tərəf olduğu ərazi bütövlüyümüzün və suverenliyimizin tanındığı beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu, Azərbaycana qarşı təcavüz törətdiyi, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi hər kəsə məlumdur.
Qeyd edilənləri, habelə Baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. Bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir.
Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək və Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir".
Qeyd edək ki, yanvarın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"