VƏZİFƏLİ ŞƏXSLƏRƏ CİNAYƏT İŞİ AÇILDI - Yeyintiyə görə

img

29-01-2024 [11:59]


Masallı rayonunun Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Mia.az xəbər verir ki, bu barədə Masallı Rayon Prokurorluqu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan müəssisənin 2021-2023-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Birliyin vəzifəli şəxs(lər)i tərəfindən qanunla nəzərdə tutulandan artıq və əsassız ödənişlərin aparılması yolu ilə dövlət büdcəsinə məxsus ümumilikdə 104 min manatdan artıq pul vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) maddələrilə cinayət işi başlanılmaqla istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA