Paşinyandan ikibaşlı açıqlama: "Azərbaycana hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik"

img

28-01-2024 [22:57]


“İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakıya hücum etməmək haqqında paktı bağlamağa dəvət edib”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik”-deyə, o bildirib(Report).

Baş nazir onu da deyib ki, Ermənistan müdafiə sahəsində əlaqələri şaxələndirməyə ehtiyac duyur və bu istiqamətdə irəliləyir.

Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik sistemləri ilə bağlı köklü inanclar faciəli nəticələrə gətirib çıxardı: “Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa variantı yoxdur. Və biz müasir silahların əldə edilməsi yolu ilə gedirik. Silahların alınması üçün çoxmilyardlı müqavilələr bağlamışıq”.

Qeyd edək ki, Ermənistan əsas silah alışını Rusiyadan edir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA