Bakıda nazirə məxsus restoranda kütləvi zəhərlənmə

img

17-06-2014 [15:22]


Ötən gün məşhur "Niaqara” restoranının şou zalında kütləvi zəhərlənmə baş verib.

 

Azvizion.az-ın yaydığı xəbərdə bildirilir ki, ad günü mərasimi ilə bağlı restoranda keçirilən mərasimdə "paytaxt” salatından təxminən 15-16 nəfər zəhərlənib. Bu haqda ad günündə olanlardan biri - İlkin Həsənov məlumat verib:

 

"Ötən axşam "Niaqara” restoranının şou zalında yubiley mərasimində idik. Ad günündə iştirak edənlərin 15-16 nəfəri zəhərlənib. Mənim vəziyyətim yaxşı olmadığı üçün həkim xəstəxanada yatmağımı məsləhət bildi. Digərləri isə mədələri yuyuldu və evə buraxıldı”, - deyə İ.Həsənov qeyd edib.

 

"Niaqara" restoranın Müdafiə Sənayesi naziri Yavər Camalova məxsus olması barədə məlumatı isə Musavat.com saytı yayıb(axar.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA