Türkiyədə yaşayan sənədsiz azərbaycanlılar, seçki və ya XİN-lə Komitə arasında nüfuz savaşı: problem niyə arxa plana keçirildi?
25-01-2024 [13:00]
İstanbulda yaşayan soydaşımızlarımız 7 fevral seçkilərində iştirak edə bilməyəcəklərindən narahatdırlar
"İki il büdcədən küllü miqdarda vəsait ayrılsa da, Türkiyədə sənədsiz yaşayan həmyerlilərimizin problemi hələ də tam şəkildə həll edilməyib".
Bu məlumatı Mia.az-a İstanbulda yaşayan azərbaycanlılar verib.
Onların sözlərinə görə, bir il əvvəl Xarici İşlər Nazirliyinin rəhbərliyi altında Miqrasiya Xidməti, DİN, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndlərindən ibarət İşçi Komissiyası yaradılıb: "Həmin komissiya, əslində, ayrılan vəsait hesabında Türkiyədə bahalı otellərdə 10 günlərlə qaldı, bahalı restoranlarda yeyib-içdilər, gəzdilər. Halbuki, onların missiyası başqa idi. Komissiya illərdir sənədlərinin müddəti bitən, yaxud olmayan (Burada doğulanlar), bir sözlə, müxtəlif səbəblərdən hazırda Türkiyədə sənədsiz yaşayan Azərbaycan vətəndaşlarının bu mühüm problemini yoluna qoymalı və onların Türkiyədə uzun müddətli yaşamasına müvafiq köməklik göstərməliydi. Təbii ki, bu kömək qismən də edildi. Bir qrup insana pasport, doğum şəhadətnaməsi verildi, ancaq hələ də sənəd gözləyən yüzlərlə insanlar var. Lakin bizim dərdimiz başqadır. Əslində, iki ildir Türkiyə və Azərbaycan tərəfinin razılaşması əsasında 2014-cü ildən İstanbulda yaşayan azərbaycanılara uzun müddətli oturma icazəsi verilirdi. Yenə gəldilər, milyon vəd verib ev ünvanlarımızı, haqqımızdakı məlumatları topladılar, əlaqədar qurumlarla danışıqlar aparıldı güya. Dedilər ki, guya proses davam edəcək, daha da sürətlənəcək-filan. Lakin əksinə, hər şey donduruldu, heç bir nəticə yoxdur, hər şey qeyri-müəyyənliyə buraxıldı.
Halbuki, Azərbaycan Prezidenti, cənab İlham Əliyev bizləri düşünüb, onun birbaşa nəzarəti altında neçə il əvvəl buradakı azərbaycanlıların problemi ilə bağlı komissiya yaradılıb, bizim sənədlərimizin hazırlanması üçün büdcədən küllü miqdarda pul ayrıldı. Amma təəssüf ki, bəzi məmurların yarıtmazlığı bu gözəl layihənin icarasına maneə oldu. Neçə aydır indi görüntü üçün bizi ora toplayıb, bura toplayıb dərdlərimizi dinləyiblər. Nə olsun? Bunun bizə nə dəxli, nə xeyri var axı?!”.
Məlumatda iddia olunur ki, həmyerlilərimizin problemlərinin dalana dirənməsində əsas rolu XİN rəsmiləri oynayıb: "İnsanlara minnət qoyurlar, deyirlər ki gəlib sizin yaşadığınız şəhərdə sizə sənəd veririk. Siz o sənəd vermə posesini gəlin izləyin, orda insanlara münasibəti görün, sonra müraciət etdiyimiz sənəd üçün günlərlə süründüyümüzü öyrənin, onda vəziyyət haqqında təsəvvürünüz olacaq. Bizim problemlərimiz üçün ayrılmış puldan özləri daha çox yararlanır nəinki biz. Mənim uşağım məktəbə gedə bilməyəndən, mən haqqım olan "ikamət izni"ni ala bilməyəndən sonra o komissiyanın gəlməsinin nə faydası var?!
Burada deyirlər ki, bunun səbəbi XİN-lə Diaspor Komitəsi arasında mübahisəli vəziyyətdır. Diaspora Komitəsi haqq üçün bizim problemləri öyrənir, həll etməyə çalışır, amma araya Azərbaycan XİN girən kimi, hər şey başayaq olur. halbuki, haqqı olan hər kəs rahat şəkildə uzun dönəm oturma izninə müraciət edə bilirdi. İşçi Komissiyası gəlişindən sonra bu iş də donduruldu. Deyilənə görə, Diaspor Komitəsinin aktivliyi Azərbaycanda bu qurum tərəfindən birmənalı qarşılanmır. Biz də bu toqquşmanın arasında əzilir, 30 ildə qurduğumuz düzən, həyatımız pozulur. Azərbaycan Xarici İşlər Nazirliyi və Disapora Koitəsi arasındakı münaqişə bizə ağır zərər vurur. Bunu bilən İstanbul Köç İdarəsi Türksoylu Ofisi də uzun dönəm ikamət izin layihəsini "rəfə qaldırdı". İndi burada minlərlə insan var ki, 7 fevralda Azərbacan Prezidenti seçkilərində iştirak etmək istəyir. Necə iştirak edək? Evdən çörək almağa gedəndə, polis tutub deport edir, seçkilərə necə gedək? Bir şəhərdə özümə çörək almaq üçün küçəyə çıxa bilmirik, seçkilərə necə iştirak edəcəyik?".
Həmyerlilərimiz hesab edir ki, Azərbaycan XİN Türkyə XİN-ə bir müraciətlə bu məsələni yoluna qoya bilər: "Ancaq son 6 aydır ki, XİN bu problemi sanki görməzlikdən gəlir. Görəsən, onlar düşünmür ki, burada yaşayan minlərlə azərbaycanlı 7 fevralda səsvermədən kənarda qalacaq? Bizim seçkilərdə iştirak edə biməməymiz kimin dyirmanına su tökür? Vəziyyət ortadadır, suallar çoxdur, cavabı hansı qurum axtarırsa, biz bilmirik. Biz Azərbaycan prezidentinin seçkisi günü səs vermək istəyirik...”.
Samir MUSAYEV
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"