İstanbulda “Biz birlikdə güclüyük!” adlı həmrəylik sərgisi keçirilib
24-01-2024 [16:29]
İstanbul şəhərinin Ümraniyə Bələdiyyəsinin Kültür Mərkəzində azərbaycanlı sənətkarların əl işlərindən ibarət “Biz birlikdə güclüyük!” adlı Azərbaycanla həmrəylik sərgisinin açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, İstanbulun Ümraniye Bələdiyyəsinin, “Xarı bülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin, İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan açılış məraimində yerli dövlət orqanlarının, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, sənətsevərlər, qonaqlar, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz iştirak ediblər.
Sərginin açılışından sonra Ümraniye Bələdiyyəsinin sədri İsmet Yıldırım bildirib ki, iki ölkə arasındaki qədim tarixi bağlar ildən-ilə möhkəmlənir və artıq Azərbaycanla Türkiyə dünyada birgə addımlayır. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını və 44 günlük Vətən müharibəsini xatırladan bələdiyyə sədri Qarabağdakı parlaq Zəfərimizi bütün türk dünyasının qüruru kimi qiymətləndirib. O, çıxışını görkəmli şairimiz Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən misraları səsləndirməklə tamamlayıb.
Ümraniye kaymakamı Abdulaziz Aydın çıxışında iki qardaş ölkə arasında keçmişdən gələcəyə uzanan qardaşlıq və birliyin növbəti nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Fərmanının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini, Azərbaycanın Türkiyə üçün qan qardaşı olduğunu bildirib.
Tədbirdə “Xarı bülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin rəhbəri Kəmalə Cabbarova, İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Məhşəti Şərif çıxış ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov iki ölkə arasında əməkdaşlığın bütün sahələr, o cümlədən mədəniyyət və incəsənət sahələri üzrə inkişafından danışıb. Bu tədbiri həmin əməkdaşlığın bariz nümunəsi adlandırıb, Azərbaycan dövlətinin Türkiyədə yaşayan soydaşlarımızın mədəniyyət və incəsənət sahələrinə bəxş etdikləri töhfələri yüksək qiymətləndirdiyini, Komitənin bu istiqamətdə həyata keçirdyi layihələri diqqətə çatdırıb.
Sonra Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyəti sədrinin müavini, 7 fevral 2024-cü il tarixli növbədənkənar Prezident seçkiləri ilə əlaqədar yaradılmış “BİZ – Zəfər yoluna davam!” təşəbbüs qrupunun Türkiyə üzrə koordinatoru Pərviz Məmmədzadə diaspor təşkilatları adından qardaş ölkədə yaşayan səsvemə hüququ olan Azərbaycan vətəndaşlarına müraciəti səsləndirib. Müraciətdə Türkiyədə yaşayan həmvətənlərimiz seçkilərdə fəal iştirak etməyə çağırılıb.
Tədbir böyük qələbəmizin, Prezident İlham Əliyevin xalqımızın və dünya azərbaycanlılarının böyük rəğbətini qazanmış fikirlərinin, xaricdəki diasporumuzun Vətən müharibəsi və sonrakı dövrdə fəaliyyətinin əks olunduğu videoçarxın nümayişi ilə davam etdirilib.
Mərasim Azərbaycan və Türkiyə musiqilərindən ibarət konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Letafet Refik, Tariyel Əlizadə, Aynur Novruzova, müniatür sənətçisi Pərinisə Əskərova, əl işləri sənətçiləri Fatma Abdal və Səadət Qasımovanın əsərlərinin nümayiş etdirildiyi sərgi fevralın 2-dək davam edəcək.
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı