"Vətən Az. Trans" MMC rəhbərliyi AYNA rəhbərliyini qanunsuzluqda ittiham edir
24-01-2024 [09:53]
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Qarabağ qazilərinə və şəhid ailələrinə problem yaradıb.
Mia.az xəbər verir ki, bu barədə dia.az saytı yazıb.
Məlumata görə, xüsusi həssas təbəqə hesab edilən Qarabağ qaziləri və şəhid ailələrinin müəyyən kəsiminin dolanışıq yeri olan "Vətən Az. Trans" MMC süni maneələrlə üzləşib. Bunun Anar Rzayevin göstərişi əsasında baş verdiyi bildirilir və prezident seçkiləri ərəfəsində belə özbaşınalıq sabotaj kimi qiymətləndirilir.
Qeyd olunur ki, 46 saylı marşrut xətti Qarabağ qaziləri və şəhid ailələri tərəfindən təşkil edilib, onların iş yeri sayılan "Vətən Az. Trans" MMC-yə məxsusdur.
Bildirilir ki, sözügedən MMC yuxarıdakı videodan da aydın olduğu kimi, daima yüksək keyfiyyətli xidmətə önəm versə də, indi hansısa səbəbdən A. Rzayevin hədəfinə tuş gəlib.
Sayt şikayətçilərə istinadla yazır ki, AYNA-nın Qarabağ qaziləri və şəhid ailələrinə məxsus iki marşrut xəttini, ələlxüsus da 46 saylı xətti tenderə - əslində isə satışa çıxarması təkcə A. Rzayevin daha çox pul qazanmaq istəyindən irəli gəlmir. Ehtimal olunur ki, A. Rzayev bununla həm də seçkiqabağı dönəmdə təxribat yaradır:
“Onun Qarabağ qaziləri və şəhid ailələrinin dolanışıq yerlərini əllərindən alması təhlükəli məqsədlərə xidmət edir.
Deyə bilərsiniz, hələ tender olmayıb və bu əndişə hardandır? Amma biz nəzərdə tutulan tenderdə xəttin əvvəlki və hazırki sahiblərinin - Qarabağ qaziləri və şəhid ailələrinin şirkəti olan "Vətən Az. Trans" MMC-nin məğlub olacağı qənaətindəyik...”.
Onlar bunun üçün yetərincə əsaslar da sadalayıblar.
Bildirilib ki, tenderə qanunsuz olaraq "BakuBus" MMC də qoşulur. Halbuki bu şirkətin iddiaları rəsmiləşən zaman artıq hansısa şirkətin iddiaçı kimi tenderə qatılması yolverilməz olub. Yəni Azərbaycan dövlətinin qanunları "BakuBus" MMC naminə ayaqlar altına atılıb.
Şikayətçilər bildirir ki, qazilər və şəhid ailələri, "Vətən Az. Trans" MMC öz hüquqları üçün sona qədər mübarizə aparacaq. Hətta bunun üçün sözügedən MMC hüquq-mühafizə orqanlarından və ölkənin digər rəhbər şəxslərindən kömək istəyib.
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı