Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-01-2024 [00:00]
Qoç - rəqiblərlə təmaslar üçün əlverişli zamandır. Mübahisədə uduzmamağa çalışın. Nə qədər paradoksal olsa da, tələskənlik gecikmələrə rəvac verəcək. Başladığınız işi diqqətlə görün. Vaxt qıtlığı hiss olunsa da, vurnuxmayın.
Günün ikinci yarısında sevdiyiniz insanla söhbət zamanı məişət problemlərini müzakirə etməyin. Fəlsəfi, intellektual mövzularda söhbəti ertələyin. Axşam saatlarında fiziki təmrinlərlə məşğul olun. Amma intensiv məşqi seçməyin.
Buğa - fəaliyyət göstərdiyiniz sahədəki çətinliklər və maliyyə problemlərinin sayı az deyil. Onların hamısını bu gün həll etmək mümkün deyil. Yaranmış situasiyanı soyuqqanlı şəkildə dəyərləndirin. Belədə bir sıra problemlərin yaranma səbəblərini anlayacaqsınız.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərə fikir verin. Ailə üzvləri ilə təmaslarınızda aqressivliyə yer olmamılıdır. Bəzi qohumlarınız davranışınızdan narazıdır.
Əkizlər - hərəkətləriniz qarışıq, laübəli, məntiqdən kənar olmasın. Pul xərcləməzdən əvvəl yaxşıca düşünün. Alış-veriş faydasız alına bilər. Emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanların istəklərinə kor-koranə riayət etməyin.
Günün ikinci yarısında ailədə qəfil situasiya formalaşa bilər. Tənqid və iradların sayını artırmayın. Yaxınlarınızla münasibətlərin saf-çürüyünə başlamayın. Tarıma çəkilmiş əsəblər axşam saatlarına yaxın normallaşacaq. Romantik şam yeməyi istisna deyil.
Xərçəng - ümumən pis gün deyil. Başladığınız işləri izafi çətinlik çəkmədən başa vura biləcəksiniz. Aktiv olun, süstlüyə qapılmayın. Tənbəllik etsəniz, rəqibləriniz sizi qabaqlayacaqlar. Rutin, hər gün məşğul olduğunuz işlərə başdansovdu yanaşmayın. Qəfil mənbədən gəlir əldə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlər idealdan çox uzaq olsa da, nigaran qalmayın. Önəmsiz, kiçik məsələlərə görə mübahisələr etməyin. Ailə üzvlərinizdən biri ilə bağlı qeybət edənə sərt, layiqli cavab verin.
Şir - hadisələrin axarına süni təkan verməyə çalşımayın. Düşünülməmiş qərarlar və tələsik addımlar uğur əldə etmək şanslarınızı azaldacaq. Yaxşı düşünüb-daşının, proseslərə kənardan baxmağa çalışın. Yalnız öz maraqlarınızı düşünməyin. Yaxın ətrafınızdakı insanların da mənafelərini unutmayın.
Günün ikinci yarısında maliyyə işlərində ehtiyatlı olun. Yaxşı tanımadığınız insanlarla sövdələşməni müzakirə etməyə dəyməz.
Şəxsi həyatınızdakı vəziyyət narahatlığınıza səbəb olacaq. Tanışlardan biri ilə anlaşılmazlıq münaqişəyə çevrilə bilər. Səbrli, təmkinli olmasanız, münasibətlər, ümumiyyətlə, kəsilə bilər.
Qız - günün ilk yarısında əhvalınız sürətlə dəyişəcək. Şəxsi mənfəətinizi düşünərək eqoistlik etməyin. Dəyər verdiyiniz insanların maraqlarını düşünməyə çalışın. Beldə işlərinizdə ciddi uğurlara nail ola bilməyəcəksiniz.
Günün ikinci yarısında önəmli məsələlərin həllini təxirə salmayın. Hisslərinizə qapılmayın. Emosional davranış yalnız zərər vəd edir.
Şəxsi münasibətlərdə diqqətli davranın. Sevdiyiniz insanla ünsiyyətlərdə sərrast davranın. Heç bir səbəb olmadan şübhələnməyin. Qısqanclıq qərarlarınıza təsir edəcək.
Tərəzi - planlaşdırdığınız işlər üçün o qədər də uğurlu olmayan situasiyadır. Gecikmələr, təxirəsalmalar, çətinliklər və problemlər qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyişinizə ciddi maneələrə çevrilməməlidir.
Günün ikinci yarısında genişmiqyaslı layihəyə başlamayın. Uzaq yola çıxmayın, səyahəti ertələyin. Daşınmaz əmlakla bağlı əməliyyatla məşğul ola bilərsiniz. Axşam saatlarında stressdən qurtularaq bir qədər istirahət edə bilərsiniz. Gəzintiyə çıxmaq imkanı varsa, durumdan yararlanın.
Əqrəb - məqsədə doğru inamla və qətiyyətlə irəliləyin. İlk baxışdan adi, önəmsiz təsir bağışlayan situasiyalar işlərinizə maneələr yarada bilər. Narahat olmayın, təlaşa qapılmayın. Çətinlikləri impulsiv qərarla çözmək niyyəti yeni problemlər vəd edir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin neqativ təsirinə məruz qalmayın. Ağır situasiya çox çəkməyəcək. Müşküllərin həllini ailə üzvlərindən birinə həvalə etməyin. Axşam saatlarında müstəqil, təkbaşına istirahəti seçin.
Oxatan - günün ilk yarısında sərt rəqabətlə üzləşə bilərsiniz. Sifarişçi, tərəfdaş və ya həmkarla sərt mübahisə etməyin. Kəskin fikr ayrılıqları işdə rəhbərliklə münasibətləri korlaya bilər. Vəziyyətin doğurduğu çətinliklərin öhdəsindən gələ biləcəyinizi düşünsəniz də, həddən ziyadə təşəxxüslü olmayın.
Günün ikinci yarısında qərarlarınızın fəsadlarını və mümkün perspektivlərini düşünün. Addımlarınızı götür-qoy edin. Ailə həyatında sakitlik olmalıdır. Yaxınlarınızdan birinin davranışını bəyənməsəniz, sərt tənqidə üz tutmayın. Kimsəyə necə yaşamaqla bağlı dərs keçməyin. Süni narazılıqlara səbəb olmayın.
Oğlaq - gündəlik və rutin qayğılar, asan işlər belə, ifrat yorğunluğa səbəb ola bilər. İş gününün sonunadək qüvvənizi və potensialınızı dürüst hesablayın. Ağır işə başlamayın. Təmasları azaldın, ünsiyyət çevrənizi məhdudlaşdırın.
Günün ikinci yarısında heç bir əlavə işə başlamayın. Ev işləri və məişət qayğıları ciddi yanaşma tələb edir. Texnikanın sıradan çıxması, məişət avadanlığının işləməməsi mümkündür. Tanışlarınızdan biri sözünün üstündə durmayacaq, vədləri unudacaq. İti və kəsici alətlərlə işləyəndə sərvaxt olun.
Dolça - günün ilk yarısında yaşamın və fəaliyyətin bütün sahələrində gərgin vəziyyət müşahidə olunacaq. Çalışdığınız sahədə qəfil yaranan situasiya sizi təbdən çıxarmamalıdır. İşdə həmkarlar və rəhbərliklə münaqişəyə başlamayın.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə sözlərinizə fikir verin. Boş vədlərə aldanmayın. Sevdiyiniz insanı tənqid etməyin. Kimsə sizə qarşı intriqa hazırlayır. Tora düşməyin. Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Normal istirahət etməyi unutmayın.
Balıqlar - texniki problemlərə və informasiya mübadiləsindəki problemlərə rəğmən çətin anlarda özünüzü itirməyin. Situasiyanı nəzarətdə saxlayın. İradəniz sayəsində maneələri dəf edin. Bilik və bacarıqlarınız layiqincə dəyərləndiriləcək.
Günün ikinci yarısında yaxın ətrafınızdakı şəxslərdən birinin iradlarını eşidəcək, izafi tələbləri ilə qarşılaşacaqsınız. Nikbin olun. Münaqişənin alovlanmasına imkan verməyin.
Milli.Az
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək