Siyavuş Novruzov Kəmaləddin Heydərovun müdafiəsinə qalxdı, islahat anonsu verdi: "Buna o, neyləsin axı?"
22-01-2024 [14:58]
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbədənkənar prezident seçkilərindən sonra bəzi nazirlərin istefaya göndəriləcəyi, strukturlarda optimallaşdırma aparılacağı barədə iddialara aydınlıq gətirib.
Mia.az-ın məlumatına görə, komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə müəyyən dövrün başa çatdığını, bundan sonra yeni bir dövrün başlayacağını qeyd edib.
“Yeni dövrün başlaması ilə əlaqədar istər siyasi partiyalar, istər qeyri-hökumət təşkilatları, ziyalılar, alimlər ictimaiyyət, mətbuat nümayəndələri təklilərini versinlər, ictimai müzakirələr keçirsinlər, göndərsinlər ki, gələcəyə baxış, ideologiya necə və hansı istiqamətdə olmalıdır, daxili siyasətdə nələr dəyişməlidir. Bu, paralel olaraq struktur dəyişikliyi ilə bağlı məsələdir. Regional idarəetmə, bələdiyyələrin, o cümlədən ayrı-ayrı strukturların gələcək fəaliyyəti ilə əlaqədar xeyli sayda təkliflər var. Təbii ki, bütün prezident seçkilərindən sonra hökumət bütövlükdə istefaya gedir, yenidən təyinatlar olur. Bu, bilavasitə cənab Prezidentin səlahiyyətləri çərçivəsindədir. Cənab Prezident kimi məsləhət biləcəksə, kimin yolu davam etdirməsini məsləhət görəcəksə, o insanlar da yolu davam etdirəcəklər, yaxud yerdəyişmə olacaq. Kimi məsləhət bilməyəcəksə, o insanlar yola davam etməyəcəklər”, – deputat qeyd edib.
S.Novruzov prezident seçkilərindən sonra istefaya gedəcək nazirlər arasında ən çox fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adının hallanması, ölkədə son dövrlər baş verən partlayış və yanğınlar fonunda nazirliyin işinin öhdəsindən gələ bilməməsi iddiasına da toxunub: “Bir adam səhlənkarlıq edib yanğın törədirsə, vəzifə borcunu yerinə yetirmirsə, evində qaza nəzarət etmirsə, buna hansısa struktur cavabdehlik daşıyır? Mən başa düşə bilmirəm. Yanğın nədən baş verir? Ya qısa qapanmadan, ya qaza nəzarət olunmayanda, ya da qeyri-qanuni yollarla gizlin xətt çəkiləndə. Hadisələrlə bağlı Baş Prokurorluq araşdırma aparır, nəticələr barədə açıqlama verəcək. Səbəb və nəticəni bilməyən insanlar tərəfindən, yaxud kiminsə kimdənsə xoşu gəlmirsə, ortaya belə fikirlər atırlarsa, bu, mənasız bir şeydir”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"