Deputatın oğlu ilə bağlı şantaj... - Yenidən məhkəmə olacaq
22-01-2024 [10:28]
Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlını şantaj etməkdə təqsirləndirilən R.Quliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 24-nə təyin edilib(Pravda.az)
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, M.Nərimanlı məhkəmədə bildirib ki, R.Quliyev sosial şəbəkə qadın (1984-cü il təvəllüdlü Nəzrin Məmmədli) adı ilə saxta profillər açaraq, ona hədə-qorxu gəlib, dəfələrlə pul tələb edib. Həmin şəxsin atası İqbal Məmmədova məxsus olduğu bildirilən intim görüntülərlə onu şantaj etdiyini deyən Mirhəmid bu yolla ondan 1768 manat pul alındığını bildirib.
Məhkəmədə sübutlar dəyərləndirilib. R.Quliyevin deputatın oğluna yazdığı “İntim video İqbal Məmmədov Şok”, “Bir saata hesaba baxıram, pul orada olmasa, şəkilləri hər yerə yayacağam, pulu karta yox, millliön vasitəsilə bu hesaba göndər, özüm götürəcəyəm”, “Həmid, sən məni aldadırsan, iki balamın canına and olsun, bu gün 600 manat pul göndərməsən, daha götürməyəcəyəm. Onsuz da o pulu başqa yolla çıxaracağam. Adamlar var ki, o şəkillərə pul verir və onlara verəcəyəm, paylaşacağam. Sənə son SMS yazıram, bir saata 600 manat pul kartda olmasa, dediyimi edəcəyəm. Mən sadəcə 11-də girib hesaba baxacağam, hesabda pul olmasa, hər şeyi özün görəcəksən. Pulu necə ödəyəcəyini isə özüm sənə deyəcəyəm” və s. məzmunlu mesajlar sübut kimi təqdim edilib.
Bildirilib ki, R.Qukiyev Mirhəmidi atası, Milli Məclisin VI çağırış deputatı İqbal Məmmədovun şəkillərinin olduğunu, pul verməyəcəyi halda, mətbuatda və sosial şəbəkələrdə həmin şəkilləri yaymaqla atasını rüsvay edəcəyi ilə hədələyib, hədəni real qəbul edən zərərçəkmiş şəxs özü və atasının rüsvay olacaqlarından ehtiyatlanaraq onunla razılaşıb və elektron qaydada tələb olunan pulları göndərib.
2022-ci ildə R.Quliyev Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış iş üzrə təqsirli bilinib və ona 3 il həbs cəzası verilib. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmün dəyişdirilməsi barədə qərar çıxarıb və ona şərti cəza verilərək həbsdən azad edilib. Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Mirhəmid Nərimanlı Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bu dəfə apellyasiya instansiyası fərqli qərar qəbul edib və R.Quliyevin barəsindəki Xəzər Rayon Məhkəməsinin hökmü bərpa edilib və o, məhkəmə zalındaca həbs edilib.
Xatırladaq ki, İ.Məmmədovun oğlu M.Nərimanlı daha öncə də gündəmə qalmaqallı hadisə ilə gəlmişdi. 2019-cu ildə İ.Məmmədova məxsus olan və oğlunun rəhbərlik etdiyi Lerikdəki "Relax" istirahət mərkəzində vergidən yayınma faktları üzə çıxmış və M.Nərimanlı barəsində cinayət işi açılmışdı. Həmin vaxt istirahət mərkəzinə gələn yoxlama əməkdaşları arasında M.Nərimanlı və ətrafındakı şəxslər arasında dava-dalaş da düşmüşdü. Həmin hadisələrlə əlaqədar həbs edilən M.Nərimanlı bir müddət sonra azadlığa buraxılmışdı.
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı