Ərdoğan Rəisi və Putinlə görüşə hazırlaşır: "Azərbaycan yeganə ölkədir ki, bu 3 tarixi imperiya varislərini bir-birinə bağlayır"
22-01-2024 [00:03]
"2020-ci ildəki Qarabağ savaşından sonra Azərbaycanın regionda yeni təhlükəsizlik və əməkdaşlıq platforması kimi təklif etdiyi “3+3” formatının 3 əsas iştirakçı ölkəsinin – Türkiyə, İran və Rusiya prezidentlərinin önümüzdəki 3 həftə ərzində görüşləri planlaşdırılır".
Mia.az xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədir müavini, siyasi şərhçi Elxan Şükürlü bildirib.
Onun sözlərinə görə, əgər növbəti dəfə hər hansı süni müdaxilə və fövqəladə hall yaranmazsa, yanvarın 24-də İran, fevralın 12-də isə Rusiya prezidentinin Türkiyəyə rəsmi səfəri nəzərdə tutulur:

ELXAN ŞÜKÜRLÜ
"Bu görüşlər Türkiyə, İran və Rusiya qədər, Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki Azərbaycan yeganə ölkədir ki, bu 3 tarixi imperiya varislərini bir-birinə bağlayır – hər üçüylə quru sərhəddi mövcuddur, hər üçünün təhlükəsizlik strategiyalarında ən mühüm ölkə kimi nəzərdən keçirilir və hər üçünün Cənubi Qafqaz siyasəti onsuz qurula bilməz".
Siyasi şərhçi deyir ki, elə məhz bu 3 ölkəyə təsir, çıxış və nəzarət imkanlarına görə, məşhur strateq Zbiqnev Bjezinski hələ 1997-ci ildə yazdığı “Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və geostrateji imperativləri” kitabında Azərbaycanı ABŞ-ın Avrasiyada möhkəmlənməsi ən vacib 3 keçmiş sovet respublikasından biri kimi xarakterizə edirdi: "Azərbaycanın təhlükəsizliyi və gələcək inkişafı da xeyli dərəcədə bu 3 qonşusuyla münasibətlərinin xarakterindən asılı olduğundan, son 30 illik acı təcrübəni də nəzərə alaraq, rəsmi Bakı Türkiyənin aşkar dəstəyi ilə 2020-ci ildən sonra həm Rusiya, həm də İranla münasibətlərini tamamilə yeni müstəviyə, yeni mərhələyə keçirməkdə qərarlıdır. Bu yeni mərhələdə Rusiya və İrana Qərbin gözüylə baxmaq siyasətindən imtina olunur və onlara düşmən yox, regionda sülhün və sabitliyin qorunmasında əməkdaşlıq ediləcək əsas ölkələr kimi yanaşılır. Şübhəsiz ki, həm İran, həm də Rusiya prezidentlərinin Türkiyəyə rəsmi səfərlərində hər 3 ölkənin birbaşa maraq zonası sayılan Yaxın Şərqdəki vəziyyətlə yanaşı, Cənubi Qafqazdakı durum, o cümlədən də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi də əsas müzakirə mövzusu olacaq".
Elxan Şükürlünün fikrincə, hər 3 lider regionun problemlərinin region ölkələri tərəfindən həllini, eləcə də Azərbaycanın təklif etdiyi “3+3” formatını açıq şəkildə dəstəkləyirlər: "Əgər bu üçlük hazırda regionda Qərbin əsas maşası funksiyasını yerinə yetirən Paşinyan Ermənistanını Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasına razı sala bilsələr, bu, Suriya probleminin həlli üçün qurulmuş “Astana prosesi”nin əsas oyunçularının Cənubi Qafqazda Qərb üzərində ilk qələbəsinin rəmləşməsi demək olacaq.
Yeri gəlmişkən, İran və Rusiya prezidentlərinin Türkiyəyə səfərlərindən sonra Azərbaycan liderinin - növbədənkənar prezident seçkilərində çox böyük səs üstünlüyü ilə qələbə qazanacağı şübhə doğurmayan İlham Əliyevin də Türkiyəyə gedəcəyi, Ərdoğanla görüşəcəyi ehtimalı var.
Xatırladaq ki, fevralın 26-da Türkiyə prezidenti Ərdoğanın 70 yaşı tamam olur və Azərbaycan da ilk dəfə olaraq Xocalı soyqırımının ildönümünü elə Ərdoğanın misilsiz köməyi ilə işğaldan azad edilmiş Xocalının özündə anmaq imkanı əldə edib".
Samir Musayev
MİA.AZ
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı