Ermənistan Zəngəzur müharibəsinə hazırlaşır? -TƏHLİL
19-01-2024 [16:58]
Ermənistan kütləvi şəkildə silahlanmağa davam edir. Rəsmi İrəvan Fransa, Hindistan, İran və Rusiyadan silah alışını intensivləşdirib.
Aydın məsələdir ki, hər ölkə ordusunu gücləndirmək və təhlükəsizliyini təmin etmək məqsədilə silah ala bilər. Lakin Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyi bir zamanda rəsmi İrəvanın belə addım atması diqqət çəkir.
Digər nüans alınan silah-sursat, texnikanın daha çox Ermənistanın cənub sərhədləri boyunca yerləşdirilməsidir. Yəni İrəvan cənub sərhədlərini gücləndirərək, bir növ, Azərbaycanın Zəngəzuru ələ keçirmək fikrində olduğu, qabaqlayıcı təbdirlər gördüyü təəssüratı yaradır.
Ümumiyyətlə, Ermənistan siyasi və hərbi elitasında, habelə ictimaiyyətdə belə bir fikir var ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu paranoyanı tətikləyən əsas məqam isə Qərb mediasında ardıcıl tirajlanan dezinformasiyalardır. Qərb mediasında Azərbaycanın Ermənistana hücuma hazırlaşdığı israrla qeyd edilir.
Azərbaycan indiki məqamda Ermənistanla müharibə etmək niyyətində deyil:
Birincisi, rəsmi Bakı Ermənistanla başlıca müharibə səbəbi olan Qarabağ münaqişəsini tam həll edib. Hazırda əsas məsələ anklav və eksklavların aqibəti, Naxçıvana maneəsiz hərəkətin təmini və sərhədlərin delimitasiya, demarkasiyasıdır. Bunlar isə müharibəsiz də həll edilə bilər. Rəsmi Bakı diplomatik yolla bu məsələləri həll edə biləcəyini dəfələrlə vurğulayıb.
İkincisi, Azərbaycan hərbi hazırlıq içərisində deyil. Zəngəzur istiqamətində isə ümumiyyətlə aktivlik yoxdur. Standart patrul xidmətini çıxmaqla iki ölkənin şərti dövlət sərhədində sabitlik hakimdir.
Üçüncüsü, Azərbaycan atdığı bütün addımları beynəlxalq hüquq əsasında edir. Beynəlxalq təzyiqlə üzləşməməyimizin ən böyük səbəbi də bu olub. Azərbaycanın Zəngəzura hərbi müdaxilə edib ərazini nəzarətə götürməsi beynəlxalq hüquqa görə qanunsuzdur. Rəsmi Bakı bunun doğura biləcəyi fəsadları yaxşı bilir.
Dördüncü və ən əsası, Azərbaycan israrla Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Bunu ikili danışıqlar və ya regional formatlarda edilməsinin vacibliyini dəfələrlə vurğulayır. Yəni nə Rusiyanın, nə ABŞ-ın, nə də Aİ-nin prosesə müdaxiləsi Bakının maraqlarına uyğun deyil.
Regionda ehtimal müharibə yalnız bu güclərin işinə yarayar, Azərbaycan isə bu variantdan yayınmağa çalışır. Hətta bir çox hallarda Ermənistanın sərgilədiyi mövqe Bakını yenidən hərb variantına əl atmağa sövq etsə belə, buna getmir.
Nəticə etibarilə hazırda Ermənistan sürətlə silahlanır və regionda gərginlik riskini artırır. İrəvanın bu addımları sülh prosesinə inamı azaltdığı kimi, qarşılıqlı etimad mühitini də sarsıdır. Növbəti savaş nə Ermənistana, nə də Azərbaycana sərf edir.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"