Bakıda marşurut yandı - 3 nəfər yaralı var

img

16-06-2014 [17:46]


Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mercedes” markalı mikroavtobus yol kənarında dayanan "Shevrolet” markalı minik avtomobilinə çırpılıb.

"Qafqazinfo” xəbər verir ki, hadisə zamanı mikroavtobusda yanğın baş verib. Nəticədə 1 sərnişin əl nahiyəsindən yüngül yanıq xəsarəti alıb, mikroavtobusun sürücüsü və digər sərnişini isə müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidmətinə təhvil veriliblər. Mikroavtobusun qalan hissəsi və minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA