“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Qüdrət Həsənquliyevlə görüşüb
18-01-2024 [13:15]
“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüş keçirib.
Koalisiya üzvü Səadət Bənənyarlı Mia.az-a bildirib ki, görüşün məqsədi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 7 fevralda keçiriləcək seçkiyə hazırlıq mərhələsinin monitorinqi olub:
“Artıq seçkinin təşviqat mərhələsindəyik. Namizədlərin televiziya çıxışları, seçicilərlər görüşləri başlayıb. “Mənim səsim” Seçki Monitorinq Koalisiyası seçkinin bütün mərhələləri ilə bağlı təhlillər aparır və biz proses başa çatandan sonra müşahidə etdiklərimizi seçki prosesinin təkmilləşdirilməsi üzrə elmi araşdırmaya çevirmək niyyətindəyik. Koalisiyanın tərkibi də bunlar nəzərə alınaraq formalaşdırılıb. Ölkənin tanınan sosioloqları, politoloqları prosesə cəlb edilib”.
Səadət Bənənyarlı bildirib ki, görüşdə BAXCP-nin rəhbər heyəti iştirak edib. Monitorinq Koalisiyasını isə onunla bərabər insan haqları müdafiəçisi Novella Cəfəroğlu və professor Əhməd Qəşəmoğlu təmsil edib.
Görüşdə ərazi bütövlüyünün bərpasından sonra yaranan yeni geopolitik situasiyada seçki prosesinin dövlət ənənələrinin yaranmasında rolundan xüsusi olaraq danışılıb: “Hər kəsə aydındır ki, 7 fevral seçkisi buna qədər keçirilən seçkilərdən çox fərqlidir. Ölkə reallıqları, dövlət-vətəndaş münasibətlərindəki yaxınlaşma tam fərqli bir situasiya yaradıb. Azərbaycan yeni dünya düzənində öz mövqeyini qorumaq və yüksəltmək üçün bir sıra proseslərdən keçməlidir ki, bunlardan biri də seçkidir. Prezident İlham Əliyev son çıxışlarında prezident seçkisinin önə çəkilməsi səbəblərini açıqlayarkən bu haqda danışıb. Bizim apardığımız araşdırmalar onu göstərir ki, seçicilər – böyük mənada cəmiyyət Azərbaycanın geosiyasi proseslərdə həssas bir dönəmdən keçdiyinin fərqindədir və üzərlərinə düşəni etməyə hazırdır. Bu mənada 7 fevralda yüksək seçici fəallığı gözləniləndir. Partiyalar üçün də yeni format yaranır. Qüdrət Həsənquliyev bir neçə dəfə prezidentliyə namizəd olub. Amma biz onunla söhbətdə həm namizəd kimi özünün, həm də seçki komandasının yeni çağırışlar üzrə hərəkət etdiyini görə bildik. Bütün bunlar seçkinin yeni reallıqlarıdır. Düşünürəm ki, proses bütünlükdə Azərbaycan dövlət həyatı üçün ciddi bir irəliləyiş kimi tarixə keçəcək”.
“Mənim səsim” Seçki Monitorinq Koalisiyası yaxın günlərdə digər namizədlərlə də görüş planlaşdırır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"