"ASAN-XİDMƏT"in ÜÇ MƏRKƏZİNDƏ 3 FƏRQLİ ŞİRKƏTLƏ 586 MİNLİK ANLAŞMA... - Sahəsi çox olanda məbləğ az, az olanda isə çoxdur!

img

17-01-2024 [11:13]


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təmizlik xidmətinin satınalınması ilə bağlı 3 tenderə yekun vurub.

Mia.az FED.az-a istinadla xəbər verir ki, qalib şirkətlərə toplamda 585 864 manat ödəniləcək.

Maraqlıdıdr ki, burada hər üç şirkətlə bağlı ayrı-ayrı məbləğlər üzrə anlaşılıb. Baxmayaraq ki, birinin, daha dəqiqiq, Ağcabədidəki mərkəzin sahəsi hətta daha böyük (7200 kv.metr) olsa da, onun təmizliyini aparacaq "Llider Təmizlik" MMC-yə digərlərindən az vəsait ayrılıb.

Ancaq 5590 kv.metrlik sahəsi olan Lənkərandakı mərkəzə bundan xeyli artıq vəsait ayrılıb.

Görəsən, bu "qeyri-səlis hesablama" metodu kimin "başının məhsulu"dur?

Daha detallı qalib şirkətlər, satınalma predmeti və məbləğlər haqqında məlumat aşağıda təqdim etdiyimiz cədvəldəntanış ola bilərsiniz:

Samir MUSAYEV

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq