Saatlıda şiə-vəhabi qarşıdurması, mollanı döydülər

img

16-06-2014 [14:28]


Saatlı rayonunda şiə-vəhabi qarşıdurması olub. 

Mia.az xəbər verir ki, "islaminsesi.az” saytı vəhabilərin zorakılığa əl atdığını yazıb.

Belə ki, hüzr məclisində ruhani Hacı Tahir Nuriyev moizə edərkən, məclicdə olan vəhabilər onun sözünü kəsərək Hacını təhqir ediblər. Bununla sakitləşməyən sələfilər Haci Tahir Nuriyevi döyüblər.

Münaqişə edən tərəflər sonradan polis şöbəsinə aparılıb. Bir neçə saatdan sonra Hacı Tahir və onu döyən adamlar sərbəst buraxlıb. Rayonun 800-ə qədər dindarının Haci Tahirin müdafiəsinə qalxdığı deyilir.

Dindarlar bu məsələ ilə bağlı cinayətkarların cəzalandırılmasını tələb ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA