Rusiya-NATO müharibəsi başlayır? – Məxfi sənədin gerçək üzü (TƏHLİL)
15-01-2024 [12:50]
Almaniyanın “Bild” nəşri əldə etdiyi məxfi sənəd əsasında iddia edib ki, Bundesver (Almaniya ordusu – red.) Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşır.
Nəşrin qeyd etdiyi sənədlərdə yer alan məlumata görə, NATO ilə Rusiya arasında münasibətlərin mümkün kəskinləşməsi bu ilin fevralında baş verə bilər. Bu, Rusiya Prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə etməli olacağını addım-addım, aybaay təsvir edən ssenaridir.
Bundesver ssenarisində eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq, ardınca onminlərlə alman əsgəri döyüşə göndəriləcək.
Estoniya Baş naziri Kaya Kallas isə deyib ki, “Qərb dövlətləri Ukraynaya təcavüzkarı məğlub etməkdə kömək etməsələr, NATO Rusiyanın işğalının hədəfinə çevrilə bilər”.
Əvvəlcə qeyd etmək lazımdır ki, “Bild” kifayət qədər ciddi nəşrdir, lakin iddianın söykəndiyi mənbə qeyri-müəyyəndir. Yəni hər hansı məxfi sənədə istinad etmək xəbərin düzgünlüyünü şübhə altına atır. Bundan başqa, iddiada qeyd olunan məqamlar reallığı əks etdirmir.
Məsələ ondadır ki, eskalasiyanın cəmi bir neçə həftədən sonra başlanması güman edilir. Halbuki 2024-cü il başlayandan Rusiya-Ukrayna müharibəsində ciddi aktivlik müşahidə edilir.
Hətta Ukrayna ordusu Kurska “Toçka-U” raketləri ilə hücum edib, bir sıra rus şəhər və qəsəbələrinə zərbələr endirilib. Rusiya tərəfi də öz növbəsində hücumlarını intensivləşdirib və bir sıra kiçik obyektləri nəzarətə götürüb.
Ümumiyyətlə, qarşıdan Rusiya prezident seçkiləri gəlir və Putin seçkiyə güclü getmək üçün qələbələr əldə etmək istəyir. Buna görə də Rusiyanın bütün cəbhəboyu hücumları artıracağı daha real versiyadır. Yəni Kremlin seçkiöncəsi NATO ilə gərginliyi artırması gözlənilmir.
Estoniya Baş naziri Kaya Kallas həmçinin onu da deyib ki, “Rusiya NATO ilə münaqişədən qorxur”. Bu, həqiqətən də belədir. Rusiya Ukrayna ilə müharibə aparmaq gücündə olsa da, bütöv alyansla savaşacaq gücə sahib deyil. Bunun Rusiya və Putin hakimiyyəti üçün fəlakətlə nəticələnəcəyi bəllidir. Kreml Rusiya dövlətçiliyini təhdid altına alacaq belə bir müharibədən maksimum dərəcədə qaçmağa çalışacaq.
O ki qaldı Almaniya ordusunun Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşmasına, bu, psixoloji üstünlüyü ələ almaq üçün ortaya atılan iddiadan başqa bir şey deyil. Rəsmi Berlin tarixboyu iki dəfə rus ordusu ilə qarşı-qarşıya gəlib. Coğrafi amil və hava şəraiti rusların köməyinə çatıb və almanlar iki dəfə ağır məğlubiyyətə uğrayıblar.
Berlinin üçüncü dəfə belə bir addımı atması real deyil, lakin bununla belə almanların İkinci Dünya müharibəsindən bəri Kalininqradı qaytarmaq kimi planı var. Bu detal isə rusları hər zaman narahat edib. Nəticə etibarilə qarşıdakı aylarda nə Almaniya-Rusiya, nə də ümumilikdə NATO-Rusiya hərbi qarşıdurması olacaq.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"