Fransa mətbuatı: "Martin Rayan kəşfiyyat əməllərinin qurbanı olub"
10-01-2024 [17:44]
"Fransa vətəndaşı Martin Rayan Azərbaycanda gizli fəaliyyət göstərən ölkəsinin kəşfiyyatının əməllərinin qurbanı olub. Bu isə rəsmi Parisin ermənipərəst mövqeyi və addımları ilə Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini necə sarsıtmasının sadəcə bir nümunəsidir".
Mia.az xəbər verir ki, bu gün Fransanın “L’Opinion” nəşrində dərc olunan məqalədə Paris və Bakı arasında münasibətlərin növbəti dəfə kəskin pisləşməsi son “casus qalmaqalı” fonunda təhlil olunub.
Məqalənin müəllifi Jan-Dominik Merşe (Jean-Dominique Merchet) Azərbaycana qarşı casusluqda ittiham olunan M.Rayanın ötən ilin dekabrında Bakıda saxlanması barədə ətraflı danışıb.
Müəllif saxlanılan şəxsin yaxın ətrafına istinad edərək vurğulayıb ki, M.Rayan Fransanın Bakıdakı səfirliyində işləyən, Azərbaycan tərəfindən rəsmi statusuna uyğun olmayan fəaliyyətlərinə görə ölkədən çıxarılan iki fransız xarici kəşfiyyatçısının manipulyasiyasının qurbanı olub.
Məqalədə qeyd olunur ki, sözügedən səfirlik əməkdaşları M.Rayanı üçüncü ölkələr, xüsusən də İran və Türkiyə ilə bağlı həssas məlumatları toplayıb ötürməyə məcbur edib, onu təhlükəli oyunlarında istifadə ediblər.
Bu fonda Paris və Bakı arasında ikitərəfli münasibətlərin ciddi şəkildə pisləşməsinə toxunan müəllif Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransanın qərəzli ermənipərəst mövqeyini, o cümlədən onun İrəvana silah və texnika tədarükünü davam etdirməsini, habelə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamə layihəsini irəli sürmək cəhdlərini qınayan ifadələrini sitat gətirib: “Nəticədə Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı. Bundan başqa, o, öz davranışı ilə Avropa İttifaqının bu məsələdəki roluna mənfi təsir göstərir”(Report).
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Əli Əsədov qərar imzalayıb
"Həkimlər bir müddət gözləməyi məsləhət görüblər"
Zərdabda iki nəfər saxlanılıb
Tramp müsəlman ölkə liderlərini topladı, Ərdoğanla yan-yana oturdu: "Qəzzada müharibəni bitirəcəyik" - Türkiyə lideri "Məmnunuq" deyir
Çili prezidenti: "Netanyahu mühakimə olunmalıdır"
Azərbaycan daha bir ölkə ilə vizanı qismən ləğv edib
Müəllimlər Günü pul yığılacaq? - Açıqlama
Müəllimləri daşıyan mikroavtobus aşdı: 20 yaralı var - FOTO
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Mehriban Əliyeva İlham Əliyevlə Trampın səmimi dialoqunu əks etdirən video paylaşdı - VİDEO
TRAMP AVROPA ÖLKƏLƏRİNƏ SƏSLƏNDİ: "Rusiya qırıcılarını vurun"
Ali Koça 2 milyon cərimə kəsilib
İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşdü - Nələr müzakirə edilib? (FOTO, YENİLƏNİB)
İtaliya Kuboku: "Kalyari" və "Udineze" növbəti mərhələyə keçdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi: "Lazımı səviyyədə deyilik"
İlham Əliyev İraq Prezidenti ilə görüşüb - FOTO
MHP sədri ABŞ-da olan Ərdoğana zəng edib
Rəsmi Tehran Qərblə danşıqların dirəndiyini açıqladı: "Hansı bir iranlı bunu qəbul edər?"
Putinin sözçüsündən Polşanın təhdidinə cavab: "Əsassızdır"
"Kəşfiyyatçı Xanı" Ağdamda qəbiristanlıqda minaya düşərək həlak olub - Üç qurumdan birgə açıqlama (YENİLƏNİB)
MEDİA: "Türkiyə mediasında bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur"
BMT Baş katibi iclasda: "Dünya dağılmağa doğru gedir"
AIIF 2025: Azərbaycana 10 milyard dollardan çox investisiya cəlb olunub - Mikayıl Cabbarov açıqladı
CHP liderindən növbəti dəfə şikayət olunub
Taksi sürücüləri imtahan verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Bakubus” avtobusunda qızlar əlbəyaxa olub - VİDEO
FƏLƏSTİNİN TANINMASI İSRAİLİN PLANI POZACAQ? - TƏHLİL
Türkiyədə ən çox və ən az məscidin olıduğu şəhərlər - SİYAHI
Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb
NATO bəyanat yaydı: "Təyyarələrimiz dərhal havalanaraq..."
Qəzzada ölənlərin sayı 65382 nəfərə çatıb - Son statistika