Bakıda məktəbli Facebook statusu yazdı və intihar etdi (FOTO)

img

14-06-2014 [13:44]


Bakıda məktəbli oğlan facebookda dostları ilə sağollaşaraq özünü öldürüb.

Dəhşətli hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində olub. Orta məktəbin 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.

A.Məmmədov özünü öldürməmişdən az öncə facebook profilində status yazıb: "İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun, dostlar. İnşallah, gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.

Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, A.Məmmədovun intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA