Kürdəmirdə dəhşət: atasının maşınından düşən uşağı başqa maşın vurub öldürdü

img

14-06-2014 [13:07]


Kürdəmir rayonunda azyaşlı uşaq faciəli şəkildə dünyasını dəyişib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10:30 radələrində Kürdəmir-Mollakənd yolunda qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Qasımov Samir Alay oğlu atasının idarə etdiyi minik avtomobilindən aşağı düşərkən qəflətən onun yanından keçən digər avtomobil, 1965-ci il təvəllüdlü Eldar İsmayılovun idarə etdiyi "QAZel” markalı yük maşını tərəfindən vurulub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçsa da, o polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA