Zelenski: "Güclü olmalıyıq, Rusiya anlamalıdır ki..." - "Son bir ildə silah istehsalı üç dəfə artıb"

img

28-12-2023 [11:01]


"Ukrayna son bir ildə silah istehsalını üç dəfə artırıb".

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O bu barədə sosial media hesabında yazıb: "Güclü olmalıyıq. Son bir ildə silah istehsalını üç dəfə artırdıq. Rusiya anlamalıdır ki, onun hər bir hücumuna cavab gecikməyəcək. Bizə qələbə lazımdır. Ukrayna daha güclü olmalıdır”.

Zelenski dünyanın ən böyük xarici silah istehsalçıları ilə birgə istehsalın da mümkün olduğunu bildirib.

Zülfiyyə

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA