Azərbaycanın iki qonşusu ərazi mübahisəsinə başladı - Nə baş verir? (Təhlil)
25-12-2023 [13:55]
Rusiya ilə İran arasında münasibətlər yenidən gərginləşib.
Belə ki, Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. İki ölkə arasında münasibətlərin pisləşməsinin əsas səbəbi Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədardır. Forumun yekun sənədində İran-BƏƏ arasında münaqişəli Böyük və Kiçik Tunb, Əbu Musa adaları müzakirəyə çıxarılıb. BƏƏ-nin bəyanatına Rusiyanın dəstəyi Tehranı hiddətləndirib.
Nə baş verir?
Böyük və Kiçik Tunb, Əbu Musa adaları çox bilinməsə də, mühüm münaqişələrdən hesab edilir. Belə ki, 30 noyabr 1971-ci ildə Britaniya qüvvələrinin adıçəkilən adalardan çıxması fonunda İran Hərbi Dəniz Qüvvələri bura nəzarəti ələ keçirib. Həmin tarixdə adadakı kiçik ərəb polis təşkilatı bu müdaxiləyə müqavimət göstərsə də, rəsmi Tehran adaları tutmağı bacarıb.
İran 1971-ci ildən de-fakto nəzarət etdiyi adaların suverenliyini heç bir halda müzakirə etmək istəmir. Ərazilər üzərindəki hüquqlarının qədim dövrlərə dayanması tezisini irəli sürən Tehran adaların 1903-cü ildə ingilislər tərəfindən tutulduğu, 1971-ci ildə geri qaytarıldığı, beləliklə “o dövrdə hələ qurulmamış BƏƏ-nin suverenlik iddiasında ola bilməyəcəyi” fikrini müdafiə edir.
İranın tarixi aspektdən irəli sürdüyü arqument əslində düzdür. Adalar 1622-ci ildə Səfəvi hökmdarı birinci Şah Abbas (Böyük) tərəfindən ingilis gəmilərinin yardımı ilə ələ keçirilmişdi. Lakin beynəlxalq münasibətlər sistemində tarix faktoru hər zaman haqlı arqument hesab edilmir. Yəni bu məntiqlə baxdıqda Türkiyədə həmin tarixdə Osmanlı imperiyasının hakim olduğu torpaqlara ərazi iddiası irəli sürməlidir.
BƏƏ isə adalarla bağlı iddiaları üçün ərəb ölkələri və beynəlxalq təşkilatlar qarşısında təşəbbüslər irəli sürür. İrandan fərqli olaraq bu, daha modern və real təklifdir. Təsadüfi deyil ki, mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 32-ci Zirvə Toplantısının yekun bəyanatında BƏƏ-nin mübahisəli adalar üzərində suverenlik iddiası qəbul edilib.
Moskva-Tehran gərginliyi
İran-BƏƏ arasındakı münaqişəli adalar məsələsi Çinin də marağındadır, lakin Rusiyanın sərgilədiyi mövqe diqqət çəkir. Prinsip etibarilə bu münaqişədə rəsmi Moskvanın ərəbləri dəstəkləməsi ilk dəfə deyil. Belə ki, Rusiya 2023-cü ilin 10 iyulunda Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin toplantısında Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı məsələdə BƏƏ-nin mövqeyini dəstəkləmişdi. Hətta buna görə Rusiyanın Tehrandakı səfiri İran XİN-ə çağrılmışdı. Analoji hadisənin Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasında da yaşanması Tehran-Moska münasibətlərini gərginləşdirdi.
Prinsip etibarilə Rusiya və İran arasında xüsusi bir problem yoxdur. Əksinə Rusiya-Ukrayna müharibəsinə görə Tehran Moskvaya dron və müxtəlif təyinatlı silah tədarük edir. Yəni iki ölkənin münasibətləri əslində zirvə nöqtəsindədir. Lakin Kremlin BƏƏ-yə dəstək verməsinin pərdəarxasında geosiyasi və iqtisadi maraqlar dayanır.
Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsinin uzanması Moskvanın kifayət qədər ciddi iqtisadi itkilərlə üzləşməsinə səbəb olub. Yəni indiki məqamda BƏƏ ağır iqtisadi itki və təcridlə üzləşən Moskva üçün böyük önəm kəsb edir.
İkinci məqam isə Rusiyanın ərəb ölkələrini öz tərəfinə çəkmək cəhdi ilə bağlıdır. Ərəblərin Qərbə tərəf mövqe sərgiləməsi ehtimalı Kremli narahat edir. Yəni bu, əslində sözlü dəstəkdən başqa bir şey deyil.
Müqayisə üçün deyim ki, 10 iyul böhranı zamanı da İran-Rusiya münasibətləri pisləşmiş, daha sonra normallaşmışdı. Rusiya İranın Qərbə meyiletmə imkanlarının olmadığını bildiyi üçün arxayındır. Buna görə də vaxtaşırı Tehranı qıcıqlandırsa da, sonradan gərginliyi aradan qaldıracaq addımlar atır.
Turan Rzayev
MİA.AZ
Bakıda kafedə qadın müğənni ilə ofsian əlbəyaxa olublar
Millimizin heyəti açıqlandı - SİYAHI
İLHAM ƏLİYEVİN BMT-dəki TƏMASLARI... - TƏHLİL
İmişlidə toyda kütləvi zəhərlənmə olub
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib - FOTOLAR
Roberto Martinesin evində oğurluq hadisəsi baş verib
Türkiyə İranla sərhədin 204 km-ə beton hasar çəkib - 91 km-də isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Trampla İlham Əliyev arasında maraqlı dialoq: "Sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir"
İlham Əliyev və birinci xanım ABŞ-da rəsmi qəbulda - FOTO
Yusif Kazımov yeni vəzifəyə təyin edildi
FİFA penaltilərlə bağlı qaydanı dəyişir
"Rusiya əsl ayıdır" - Putinin sözçüsündən Trampın "kağız pələng" replikasına cavab gəldi
"Milan"ın İtaliya Kubokunda üzü güldü
Azərbaycan və Pakistan XİN başçıları görüşüb - ABŞ-da
Şahin Şıxlinskinin həbsi ilin sonuna qədər uzadılıb
Agentlik sədri onlara vəzifə verdi - FOTO
Rəsmi Tehran ABŞ-la dialoq yolunu qapatdı: "Zədələnmiş nüvə obyektləri yenidən qurulacaq"
Şahin Mustafayev Təbriz və Culfa şəhərlərində olub
İsrail Qəzzanı atəşə tutub - Daha 33 fələstinlini öldürülüb
“Azercell” qanvermə aksiyası keçirdi - FOTOLAR
İlhamə Elşadqızına 3 il cəza kəsilib
"Kəşfiyyatçı Xanı" Ağdamda qəbiristanlıqda minaya düşərək həlak olub - Üç qurumdan birgə açıqlama (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
EBRD Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
CHP-nin İstanbul təşkilatına konfrans keçirmək qadağan olunub
Joze Mourinyo uğursuzluq zolağından çıxa bilmir
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Əli Əsədov qərar imzalayıb
"Həkimlər bir müddət gözləməyi məsləhət görüblər"
Zərdabda iki nəfər saxlanılıb
Tramp müsəlman ölkə liderlərini topladı, Ərdoğanla yan-yana oturdu: "Qəzzada müharibəni bitirəcəyik" - Türkiyə lideri "Məmnunuq" deyir
Çili prezidenti: "Netanyahu mühakimə olunmalıdır"
Azərbaycan daha bir ölkə ilə vizanı qismən ləğv edib
Müəllimlər Günü pul yığılacaq? - Açıqlama
Müəllimləri daşıyan mikroavtobus aşdı: 20 yaralı var - FOTO
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Mehriban Əliyeva İlham Əliyevlə Trampın səmimi dialoqunu əks etdirən video paylaşdı - VİDEO
TRAMP AVROPA ÖLKƏLƏRİNƏ SƏSLƏNDİ: "Rusiya qırıcılarını vurun"
Ali Koça 2 milyon cərimə kəsilib