Ərəb Liqası BMT TŞ-nin qətnaməsini "kağız parçası" saydı: "Bu, təcavüzü dayandırmaq üçün kifayət deyil"
25-12-2023 [00:08]
"BMT Təhlükəsizlik Şurasının qərarı İsrailin təcavüzünü dayandırmaq üçün kifayət deyil".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ərəb Liqasının Baş katibi Əhməd Əbul Qeyt deyib.
O, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzzaya yardımların daxil olması üçün təcili addımların atılmasını tələb edən son qətnaməsinə toxunaraq, bunun İsrailin hücumlarını dayandırmaq üçün kifayət etmədiyini qeyd edib. Baş katib qətnaməni dolayısı ilə "kağız parçası" sayıb: "Görürsünüz ki, atəşkəs yoxdur və İsrail bütün gücü ilə Qəzzaya bomba yağdırır".
BMT TŞ-də qətnamənin gec qəbul edildiyini və əsas məqsəddən - Qəzzada atəşkəsin təmininə şərait yaratmadğını bildirən Baş katibin sözlərinə görə, qurum daha təsirli addımlar atmalıdır: "Dediyim kimi, son qətnamə qadın və uşaqların qəliamının qarşısını almaq üçün kifayət deyil. Bu tip qətnamələr sadəcə kiçik miqyaslı fikir yayındırmaq və dünyanın qəzəbini sakitləşdirəcək müvəqqəti "ağrıkəsici tədbirləri"dir. Halbuki, mülki insanları İsrailin bombardmanlarından qorumaq və davamlı atəşkəs təmin etmək qəti addımlar və qərarlar lazımdır".
Xatırladaq ki, Qəzzada genişləndirilmiş humanitar yardıma fasiləsiz və təhlükəsiz çıxış üçün təcili addımlar tələb edən BMT Təhlükəsizlik Şurasının qətnaməsi dörd dəfə təxirə salınmadan sonra, nəhayət, dekabrın 22-də qəbul edilib.
15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında qanun layihəsinə 13 dövlət “hə” deyib, maraqlıdır ki, ABŞ-la yanaşı, bu dəfə Rusiya səsvermədə bitərəf qalıb.
Halbuki, bundan əvvəl Rusiya durmadan atəşkəs tələbi edib, ABŞ isə bu tələbi veto edirdi...
Lamiyə Əhmədli
MİA.AZ
Bakıda kafedə qadın müğənni ilə ofsian əlbəyaxa olublar
Millimizin heyəti açıqlandı - SİYAHI
İLHAM ƏLİYEVİN BMT-dəki TƏMASLARI... - TƏHLİL
İmişlidə toyda kütləvi zəhərlənmə olub
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib - FOTOLAR
Roberto Martinesin evində oğurluq hadisəsi baş verib
Türkiyə İranla sərhədin 204 km-ə beton hasar çəkib - 91 km-də isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Trampla İlham Əliyev arasında maraqlı dialoq: "Sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir"
İlham Əliyev və birinci xanım ABŞ-da rəsmi qəbulda - FOTO
Yusif Kazımov yeni vəzifəyə təyin edildi
FİFA penaltilərlə bağlı qaydanı dəyişir
"Rusiya əsl ayıdır" - Putinin sözçüsündən Trampın "kağız pələng" replikasına cavab gəldi
"Milan"ın İtaliya Kubokunda üzü güldü
Azərbaycan və Pakistan XİN başçıları görüşüb - ABŞ-da
Şahin Şıxlinskinin həbsi ilin sonuna qədər uzadılıb
Agentlik sədri onlara vəzifə verdi - FOTO
Rəsmi Tehran ABŞ-la dialoq yolunu qapatdı: "Zədələnmiş nüvə obyektləri yenidən qurulacaq"
Şahin Mustafayev Təbriz və Culfa şəhərlərində olub
İsrail Qəzzanı atəşə tutub - Daha 33 fələstinlini öldürülüb
“Azercell” qanvermə aksiyası keçirdi - FOTOLAR
İlhamə Elşadqızına 3 il cəza kəsilib
"Kəşfiyyatçı Xanı" Ağdamda qəbiristanlıqda minaya düşərək həlak olub - Üç qurumdan birgə açıqlama (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
EBRD Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
CHP-nin İstanbul təşkilatına konfrans keçirmək qadağan olunub
Joze Mourinyo uğursuzluq zolağından çıxa bilmir
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Əli Əsədov qərar imzalayıb
"Həkimlər bir müddət gözləməyi məsləhət görüblər"
Zərdabda iki nəfər saxlanılıb
Tramp müsəlman ölkə liderlərini topladı, Ərdoğanla yan-yana oturdu: "Qəzzada müharibəni bitirəcəyik" - Türkiyə lideri "Məmnunuq" deyir
Çili prezidenti: "Netanyahu mühakimə olunmalıdır"
Azərbaycan daha bir ölkə ilə vizanı qismən ləğv edib
Müəllimlər Günü pul yığılacaq? - Açıqlama
Müəllimləri daşıyan mikroavtobus aşdı: 20 yaralı var - FOTO
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Mehriban Əliyeva İlham Əliyevlə Trampın səmimi dialoqunu əks etdirən video paylaşdı - VİDEO
TRAMP AVROPA ÖLKƏLƏRİNƏ SƏSLƏNDİ: "Rusiya qırıcılarını vurun"
Ali Koça 2 milyon cərimə kəsilib