Bakı sensasion əməliyyat: Makronun “qara qutusu” tapıldı – İlin fiaskosu yaşanır
22-12-2023 [17:16]
Fransa Prezidenti Emmanuel Makron dünən ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.
Onun istefası, əslində, gözlənilirdi. Belə ki, DGSE-nin Afrika və Cənubi Qafqazdakı uğursuzluqlarından sonra bu barədə danışılmağa başlanmışdı.
Qürub edən ulduz
Əvvəlcə onu deyim ki, Emyeni həm Yaxın Şərq, həm də Afrika regionunu yaxından tanıyan, bilən təcrübəli kadr idi. O, 2007-2010-cu illərdə Fransanın Türkiyədəki səfiri olub. Xüsusən eks-prezident Nikola Sarkozinin Türkiyənin Aİ prosesinə qarşı çıxması səbəbindən iki ölkə arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Ankarada səfir vəzifəsində çalışıb. Bu illərdə o, həm də Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi üçün insanların cəlb edilməsi missiyasını icra edib.
B.Emyeni 2010-2017-ci ilə qədər Fransanın Əlcəzairdəki səfiri işləyib. Bu illərdə isə Fransanın keçmiş müstəmləkələri olan Afrika ölkələrində rəsmi Parisin mövqelərini gücləndirmək, habelə agentura şəbəkəsini genişləndirmək üçün fəaliyyət göstərib.
Təsadüfi deyil ki, Bernard Emye Prezident Emmanuel Makron tərəfindən 2017-ci ildə Fransa Xarici Kəşfiyyat İdarəsi DGSE rəhbəri vəzifəsinə təyin edilib. Lakin onun ulduzunun qürub etməsi də məhz bu ildən başlayıb.
Afrikadan Cənubi Qafqaza
DGSE-nin Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğu son illərdə açıq-aşkar gözə çarpırdı. Misal üçün Fransanın arxa bağçası hesab edilən Qərbi Afrika ölkələri də ard-arda Parisin təsir dairəsindən çıxır. Mali, Burkina-Faso, Nigerdə baş verən son siyasi proseslərdəm sonra bu ölkələr faktiki olaraq Parisdən üz döndərib. Diqqətçəkən əsas məqam isə bu ölkələrdə hakimiyyət dəyişikliyi baş verərkən DGSE-nin prosesi vaxtından öncə sezə bilməməsi və müdaxilə edə bilməməsidir.
Cənubi Qafqazda isə vəziyyət daha qəliz və Fransa üçün fiasko səviyyəsində oldu. Belə ki, Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Gürcüstan və Azərbaycanda ifşa olunub. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən yüksək peşəkarlıqla keçirilən əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Onlardan bəziləri tutulub, bəziləri isə istintaq altındadır.
Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanları Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər ələ keçirib. Bu, Fransa tarixində ən böyük fiaskodur və kəşfiyyatın imicinə tarixi zərbə olacaq.
Peşəkarlıq
Bu gün Fransa tarixinin ən böyük fiaskosunun şokunu keçirir. Bu fiaskonun məsuliyyəti hər nə qədər DGSE rəisi Bernar Emyenin üzərinə atılsa da, reallıq tamamilə fərqlidir.
Məsələ ondadır ki, həm rəsmi Paris, həm də DGSE Azərbaycanı və onun təhlükəsizlik orqanlarının gücünü lazımınca qiymətləndirmədi. Halbuki əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhlükəsizlik orqanları cəmiyyətimizin təhlükəsizliyinin, daxildən və xaricdən gələn təhdidlərin neytrallaşdırılması istiqamətində ardıcıl iş aparır və böyük uğurlar əldə edir. Son illərdə aparılan əməliyyatlar, görülən işlər Paris üçün ibrət olmalı idi.
Misal üçün İran-Azərbaycan və ABŞ-Azərbaycan gərginliyi fonunda aparılan əməliyyatlarla da onların ölkəmizdəki agent şəbəkəsi ifşa edilmişdi. Hətta İran xüsusi xidmət orqanları bu gün də dəyən zərərin miqyasını hesablayır.
İran və ABŞ kimi iki güclü kəşfiyyat xidmətinə məxsus ölkənin əməllərini ifşa edən təhlükəsizlik orqanları bu gün də özünü təkmiləşdirir. Ümumiyyətlə, Azərbaycanda bu sahədə görülən işlər ardıcıl və davamlı olduğundan peşəkarlıq da ildən-ilə artır. Nəticəsi isə göz qabağındadır.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO