Qırğızıstan dövlət bayrağını dəyişib - Parlament qərar verdi

img

20-12-2023 [11:25]


Qırğızıstan dövlət bayrağını dəyişib.

Mia.az xarici mətbuata istinada xəbər verir ki, ölkə bayrağında dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Qırğızıstan parlamentində qəbul edilib.

Belə ki, Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi Baş Assambleyanın səsverməsinə çıxarılıb: "Qanun layihəsi 90 yerlik parlamentdə səsvermədə iştirak edən 64 deputatdan 59-nun “hə” səsi ilə təsdiqlənib. Qərara 5 nəfər “xeyr” deyib".

Qanun layihəsində ölkə bayrağındakı dalğavari günəş şüalarının düzləndirilməsi və ortadakı motivdəki sətirlərin sayının 3-dən 4-ə çatdırılması təklifi yer alıb.

Xatırladaq ki, Qırğızıstan prezidenti Sadir Caparov II Xalq Qurultayında (Xalq Yığıncağında) ölkə bayrağında dəyişiklik edilməsini istədiyini bildirib.

Çaparovun təsdiqindən sonra qanun Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minəcək.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA