Bakıda "Media savadlılığı" platformasının təqdimatı keçirilib

img

20-12-2023 [10:46]


Bakıda "Media savadlılığı" platformasının təqdimatı keçirilib.

Mia.az xəbər verir ki, təqdimat "Media savadlılığı" konfransı proqramı çərçivəsində baş tutub.

Medianın İnkişafı Agentliyinin "Media dəstək layihələri və strateji planlaşdırma" şöbəsinin müdiri Ləman İsgəndərova təqdimat zamanı deyib ki, veb-sayt platforması 5 bölmə və 10 altbölmədən ibarətdir.

Onun sözlərinə görə, hər bir istifadəçi saytdakı testləri edərək öz media savadlılığını yoxlaya bilər.

L.İsgəndərova əlavə edib ki, media savadlılığı təkcə peşəkar medianın yox, bütövlükdə cəmiyyətin həyatında mühüm rol oynayır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 19.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA