Ərdoğan Macarıstanın baş nazirinə "Togg", Orban isə Türkiyə liderinə at bağışladı - FOTOLAR

img

18-12-2023 [19:51]


Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstana səfəri çərçivəsində Baş nazir Viktor Orbana “Togg” hədiyyə edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi təmaslar üçün gəldiyi Macarıstanın paytaxtı Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Məlumata görə, Prezident Ərdoğan macar həmkarı Katalin Novak ilə Şandor sarayında görüşdükdən sonra Karmelita monastırına gedib. Ərdoğan onu burada qarşılayan Baş nazir Orbana yerli istehsal olan Oltu qara rəngli “Togg” hədiyyə edib.

Ərdoğan iki ölkə əlaqələrinin 100-cü ildönümü üçün xüsusi olaraq hazırlanmış “HU TR-100” nömrəli “Togg”a minən Baş nazir Orbana avtomobil haqqında ətraflı məlumat verib.

Baş nazir Orban da prezident Ərdoğana macar atı hədiyyə edib. 

Fərid

MİA.AZ
 

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR