Azərbaycanda partiya adı dəyişdi - Bəyanat
18-12-2023 [14:08]
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Mia.az xatırladır ki, İdarə Heyəti Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Bununla yanaşı, BAXCP İdarə Heyətinin gündəmində olan digər məsələ partiyanın adında dəyişiklik edilməsi ilə bağlı olub.
Bildirilib ki, məsələ uzun müddətdir partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər: "Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb. Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb. Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq".
BAXCP belə bir təklifi zərur edən məqamlara ayrıca açıqlama ilə aydlıq gətirib və bununla bağlı Azərbaycan ictimaiyyətinə müraciət qəbul edib. Müraciətdə deyilir:
“Əziz həmvətənlər,
Məlum olduğu kimi 1987-ci ilin sonlarından etibarən, SSRİ-nin mərkəzi strukturlarında təmsil olunan, həmşinin Fransa və ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, erməni lobbisi və Ermənistan Qarabağın Azərbaycandan qopardılması üçün ərazilərimizdəki erməni separatizmini stimullaşdırmağa və açıq müstəviyə keçirməyə başladılar. Bunun davamı olaraq, yüzminlərlə azərbaycanlı indiki Ermənistan ərazisindən, öz ata-baba torpaqlarından deportasiya olundular (qovuldular). Qarabağın Azərbaycandan qopardılmasına, daha sonra isə soydaşlarımızın Ermənistandan, öz tarixi Vətənlərindən qovulmasına, həmçinin SSRİ-nin mərkəzi hakimiyyət orqanlarının, ilkin mərhələdə laqeyid, daha sonra isə açıq ermənipərəst mövqeyinə münasibətdə ölkəmizdə ümumxalq etirazı başladı. Bu etirazların dalğasında da, prosesin idarə olunması, həmçinin Qarabağın Azərbaycandan qopardılmasının qarşısının alınması naminə mücadilənin, müqavimətin təşkili üçün Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Bundan sonrakı dövrdə baş verənlər – SSRİ-nin mərkəzi hakimiyyət orqanlarının Azərbaycan xalqına, ölkəmizin ərazi bütövlüyünə ədalətsiz və qərəzli münasibəti, təzyiq və basqılar, eləcə də dinc insanların qətlə yetirilməsi etiraz dalğasının Milli Azadlıq Hərəkatına çevrilməsinə, istiqalal uğrunda mübarizəyə zəmin yaratdı.
Əziz həmvətənlər,
Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsindəki Zəfərindən, xüsusilə də sentyabın 19-da başladılan antiterror əməliyyatından, ölkəmizin suverenliyinin onun bütün ərazilərində bərpasından sonra, vaxtilə Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin qarşısına qoyduğu ilkin, xalqın arzu və istəklərindən doğan məqsədlər reallaşıb və indi ərazisi bütövləşmiş Azərbaycan Respublikasında yeni bir dövr, hüquqi dövlət, ədalətli və demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün yeni bir mərhələ başlayıb, qarşıdurma və ziddiyyətlər başa çatıb. Zamanında Azərbaycanın ərazi bütövlüyü naminə, xalq olaraq, düşmənə qarşı eyni cəbhədə savaşmaq zərurəti və bu zərurəti ifadə edən adlar özünü doğruldurdusa, artıq səngərlərə çəkilərək mücadilə aparmaq dövrü deyil, quruculuq zamanıdır. “Azərbaycan Xalq Cəbhəsi” və onun varislərindən biri olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) adlarında yer alan “cəbhə” sözü isə, bəlli olduğu kimi, “səngər”, qarşıdurma”, “müharibə” təəsüratı yaradır. Azərbaycan dilinin izahlı lüğətində də “cəbhə” sözü birbaşa olaraq, “Düşmənlə üz-üzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt” anlamında təqdim olunur.
Bütün bunları, həmçinin “xalq cəbhəsi” söz birləşməsinin daşıdığı məzmunun, ölkəmizin bu günkü reallıqlarına uyğun gəlmədiyini nəzərə alaraq, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti təşkilatın adının dəyişdirilməsi və bu məqsədlə Partiyanın növbədənkənar qurultayının çağırılması üçün səlahiyyətli olan BAXCP Ali Məclisinə müraciət ünvanlayıb. İdarə Heyəti partiyanın Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılmasını məqsədəuyğun hesab edir.
Nə üçün Ədalət, Hüquq, Demokratiya?
Çünki ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycan Respublikasının və onun vətəndaşlarının bu gün, məhz “ədalət”, “hüquq” və “demokratiya” kimi dəyərlərə tam sahiblənməsinə və bu dəyərlərin hüquqi dövlət quruculuğu prosesinin bütün istiqamətlərində təmin edilməsi üçün sivil siyasi mübarizənin aparılmasına ehtiyac var.
Ədalət mülkün, müasir anlamda isə hüquqi dövlətin təməlini təşkil edir. Ədalətli cəmiyyət, yalnız hüquq dövlətdə mümkün ola bilər. Hüquqi dövlətdə dövlət vətəndaşların və onların yaratdıqları birliklərin hüquqlarını qorumalı, dövlət və vətəndaş münasibətləri hüquqla tənzimlənməlidir. Bütün bunlara isə, yalnız xalqın iradəsinin ifadəsi ilə - demokratik yolla nail olmaq mümkündür.
Beləliklə, ədalətli cəmiyyət – bütün insanların azad, təhlükəsiz, firavan yaşadığını ifadə edən nəticə, hüquqi dövlət bu nəticəyə nail olmaq üçün vasitə, demokratiya isə nəticəyə aparan yeganə doğru və legitim yoldur.
Ədalət, Hüquq və Demokratiya sözlərinin baş hərfləri ƏHD qısaldılımış adını yaradır.
“Öhdəlik” sözü ilə eyni mənşədən gələn “əhd” sözü özündə verdiyin sözün, üzərinə götürdüyün məsuliyyətin, öhdəliyin yerinə yetiriləcəyini ifadə edən müqəddəs anddır. Təsadüfi deyil ki, bütün səmavi dinlərin kitablarında “əhd” sözü dəfələrlə vurğulanır və əhdə sədaqət Allahın buyurduğu vacib əməllərdən biri hesab olunur. Dini inanclarda peyğəmbərlərin Tanrıya sədaqət andlarının, Tanrıyla anlaşmalarının yer aldığı “Əhd sandığı” əsrlərdir ki, ədalət axtarışında olan cəmiyyətlərin toplumsal düşüncəsinə yer almaqla, onlara imanın, inamın yolunun əhdə sədaqətdən keçdiyini göstərir.
Ədalət, Hüquq və Demokratiya bizim Azərbaycan xalqı qarşısında, bu dəyərlərin təşəkkül tapması üçün əlimizdən gələni əsirgəməməyimiz barədə götürdüyümüz öhdəlik, içdiyimiz and, etdiyimiz əhddir.
Əhdimiz Ədalət, Hüquq və Demokratiyadır!”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" Orteqaya "elçi" düşüb
"Qalatasaray" Canluici Donnarummanı transfer etmək istəyir
"BİRBANK"ın MİN OYUNU: Kasıba “kuryer” tələsi, varlıya isə...
ABŞ-də atışma olub, xəsarət alanlar var
Xaçmazda dənizdə kişi meyiti aşkarlanıb
Tramp ABŞ ilə razılaşmayan ölkələr üçün rüsumların həcmini açıqlayıb
"Alanyaspor" braziliyalı qapıçı transfer edib
Qəzzada son 24 saatdakı itki: 100 fələstinli öldürülüb
Əkrəm İmamoğlunun magistr diplomu da ləğv olundu
Qarabağ zonasında daha 1354.2 hektar ərazi minadan təmizlənib
Dövlət xadimləri adından saxta açıqlamalar yayılıb - FOTO
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş gözlənilmir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bibiheybət yolunda hərəkət məhdudlaşdırılacaq
İMTAHAN FIRILDAĞI: texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i - Osman GÜNDÜZ YAZIR
Yalançı şahidlik tələb edən məktəb direktoru: töhmətlə "iş bağlanb" - BŞTİ-dən qeyri-adı qərar
Gəncənin girişindəki şəhid plakatları götürülüb - FOTO
Hesablama Palatasında Kollegiya iclası keçirilib
Keçmiş mətbuat katibi deputat köməkçisi təyin olunub
“Əgər ABŞ şirkətləri ilə işləyirlərsə..." - Hikmət Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı mesajının görünməyən tərəfləri... (TƏHLİL)
47 yaşlı şəxs 63 yaşlı həmyerlisini öldürülüb
Əli Əsədov yeni qərar imzalayıb
İŞIQLA BAĞLI YENİ QANUN TƏSDİQLƏNDİ - Sabit tarif nə deməkdir?
Müdafiə Sənayesi Nazirliyinin vəzifəli şəxslərinə əlavə səlahiyyət verildi - Fərman
Milli Qəhrəman Natiq Qasımovun anası dəfn olunub - FOTOLAR
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Vilayət Eyvazovdan növbəti sıra baxışı: 214 nəfər növbəti mərhələyə buraxıldı - VİDEO
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
Ceyhun Bayramovla Özbəkistan XİN başçısı telefonda danışdı - Nələr müzakirə olunub?
"Renn" Frankovski ilə maraqlanır
"Göztəpə" yarımmüdafiəçi transfer edib
"Dinamo Moskva" Bəxtiyor Zaynutdinovu transfer edib
Sabah isti hava olacaq - Proqnoz
"Spartak Moskva" Gedson Fernandesi transfer edir
"İnter Mayami" Rodriqo de Paulla anlaşıb
Ballıca kəndinə növbəti köç olub
"Kalyari" Semih Kılıçsoyla danışıqlar aparır
Bakıda məsciddə şok olay: qazi məsciddə yatan xeyriyyəçini 32 bıçaq zərbəsiylə öldürüb (Yeniləniib)
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqla müalicə” adlı dəyirmi masa keçirilib
Abşeronda dənizdə iki nəfər boğulub
İlham Əliyev Peru prezidentinə məktub göndərib - MƏTN