PREZİDENTLİYƏ İDDİALILARIN SAYI ARTDI: daha bir deputat namizədliyini irəli sürdü

img

18-12-2023 [11:00]


Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Mia.az xəbər verir ki, bu barədə partiyanın Idarə Heyyətinin bu gün keçirilən iclasında Milli Cəbhə Partiyasının president seçkilərində iştirak etməsi ilə bağlı qərar verilib: "Milli Cəbhə Partiyası (MCP) seçkilərdə iştirakı, ciddi nəticə əldə etməyi, xalqla çalışmağı zərurət hesab edir və bu məqsədlə də öz namizədiylə seçkilərə qatılır".

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.

Bununla da Azərbaycanda növbədənkənar Prezident seçkilərinə namizədlərin sayı 6-ya çatıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA