"Qaraoğlan" qum yatağı 831 min manata satılıb

img

14-12-2023 [11:03]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən hərracda Yevlax rayonunda yerləşən “Qaraoğlan” qum yatağı 831 min manata satılıb.

Mia.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərracda investorlar arasında sağlam rəqabət nəticəsində son təklif ilkin start qiymətindən (42 560 manat) 20 dəfəyədək çox olub.

Hərracın nəticəsi ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür:https://bit.ly/4agWYjq


Digər xəbərlər
SON XƏBƏRLƏR