Bakı-İrəvan danışıqlarının sirr pərdəsi: 2024-lə bağlı proqnoz dərinləşir
12-12-2023 [20:28]
2023-cü ilin bitməsinə günlər qalıb. İlin sonu yaxınlaşdıqca cavabı maraqla gözlənilən suallardan biri də Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Bir çox erməni politoloq və tarixçilər son günlər bu barədə fikirlər səsləndirir, mülahizələr irəli sürürlər.
Diqqətçəkən məqam isə ilin əvvəlində Zəngəzur dəhlizini Ermənistanın suverenliyinə təhdid kimi görən şəxslərin indi bunu dalan ölkə olmaqdan çıxış şansı kimi qiymətləndirməsidir.
Azərbaycanın Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxarması və İrandan keçən yolla bağlı fəaliyyəti genişləndirməsi Ermənistanda xüsusilə narahatlıq yaradıb. Prinsip etibarilə Azərbaycan Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxartsa da, bütövlükdə kommunikasiyaların açılmasından imtina etməyib. Əksinə, bu məsələ hazırda sülh prosesinin başlıca gündəm mövzularındadır. Münasibətlərin normallaşmasından danışırıqsa, şübhəsiz, kommunikasiyaların açılması da reallaşmalıdır.
Bakının konstruktiv və təmkinli hərəkət etməsi, əlbəttə ki, prosesin həllini sürətləndirir. Mühüm olan Ermənistanın kənar qüvvələrin dezinformasiyalarına əhəmiyyət verməyib, siyasi paranoyadan uzaq qərarlar qəbul etməsidir. Hesab edirəm, Zəngəzurla bağlı məsələ Ermənistanla Azərbaycan arasında aparılacaq danışıqlarla aydınlaşdırıla bilər. Yəni Azərbaycanın beynəlxalq hüquq əsasında dəhliz olmadan da məsələyə razılıq verməsi mümkündür. Lakin rəsmi İrəvan buna cavab olaraq həm tranzit keçid, həm də mülki şəxslərin keçidi ilə bağlı güzəştlər etməlidir. Nəticə etibarilə Ermənistanın təklif etdiyi “Sülh qovşağı”, Azərbaycanın təklif etdiyi “Zəngəzur dəhlizi” yerinə hər iki tərəfin ortaq və bərabərhüquqlu maraqlarının təmin olunacağı yeni razılıq əldə edilməsi mümkündür. Bütün bu proseslər isə 2024-cü ilə qalır.
Erməni ekspertlərin 2024-ü “Zəngəzur ili” adlandırması bu mənada diqqət çəkir.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"